Çelsi: 103 qolla 4 il sonra 4-cü...
Çelsi: 103 qolla 4 il sonra 4-cü...
İngiltərə premyerliqasının qalibi məlum oldu. `Dumanlı albion`da 38 turluq marafonu gözlənildiyi kimi `Çelsi` qazandı. Karlo Ançelottinin yetirmələri sonuncu turda qələbə qazanacağı təqdirdə 4 il sonra çempionluğu qeyd edəcəkdi. Amma `zadəgan`lar işini rahat gördü. `Viqan`ı düz 8 dəfə meydanın mərkəzinə dəvət edən londonlular azarkeşlərinə şou yaşatdılar. Sonuncu görüşdə het-trik edən Drogba qollarının sayını 29-a çatdıraraq eyni zamanda premyerliqanın bombardiri tituluna da sahib çıxdı.
Beləliklə, `Çelsi` tarixində 4-cü çempionluğuna qovuşmaqla `Mançester Yunayted`in 3 illik erasına son qoydu..
YEKUN CƏDVƏL
1 Celsi 38 27 5 6 103 32 86
2 Mançester Yunayted 38 27 4 7 86 28 85
3 Arsenal 38 23 6 9 83 41 75
4 Tottenhem 38 21 7 10 67 41 70
5 Mançester Siti 38 18 13 7 73 45 67
6 Aston Villa 38 17 13 8 52 39 64
7 Liverpul 38 18 9 11 61 35 63
8 Everton 38 16 13 9 60 49 61
9 Birmingem 38 13 11 14 38 47 50
10 Blakborn 38 13 11 14 41 55 50
11 Stok Siti 38 11 14 13 34 48 47
12 Fulhem 38 12 10 16 39 46 46
13 Sanderland 38 11 11 16 48 56 44
14
15 Vulverhempton 38 9 11 18 32 56 38
16 Viqan 38 9 9 20 37 79 36
17 Vest Hem 38 8 11 19 47 66 35
18 Bernli 38 8 6 24 42 82 30
19 Hall Siti 38 6 12 20 34 75 30
20 Portsmut 38 7 7 24 34 66 19