`Çelsi` baş məşqçisini göndərdi

single-news
5 Mar 2012

`Çelsi` baş məşqçisini göndərdi



`Çelsi` rəhbərliyi baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərib. `Uğursuzluq zolağı`nda olan London təmsilçisi çıxış yolu kimi portuqaliyalı mütəxəssislə yollarını ayırmaqda görüb.

Bununla bağlı klub rəsmi məlumat yayıb: `Təəssüf ki, komandanın hazırlığı və aldığı nəticələr yetərli deyildi. Gələcək üçün ümid olmadığından belə qərarı vermək məcburiyyətində qaldıq`.

`Zadəganlar`a cari mövsümün sonunadək Roberto Di Matteo rəhbərlik edəcək.

`Çelsi` İngiltərə Premyer Liqasının hesabat turunda səfərdə `Vest Bromviç`ə uduzub – 0:1. 27 turdan sonra hesabında 46 xalı olan komanda 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 34 yaşlı Villaş-Boaş 2010-2011-ci illərdə `Portu`nu çalışdırıb və 2011-ci ildə Avropa Liqasının qalibi olub.

Paylaş

// pop up