`Çelsi` italyanı ispanla əvəzlədi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4734.jpg)
22 Noy 2012
`Çelsi` italyanı ispanla əvəzlədi
Roberto Di Matteo ilə yollarını ayıran `Çelsi` klubunun yeni baş məşqçisi bəlli olub.
Bugündən etibarən London təmsilçisini Rafael Benitez çalışdıracaq.
Təcrübəli mütəxəssis `Çelsi` ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. `Çelsi` rəhbərliyinin komandanın çıxışından asılı olaraq Benitezlə müqavilənin müddətini uzadacağı bildirilir.
Qeyd edək ki, Benitez daha öncə `Valensiya`, `Liverpul` və `İnter` klublarını çalışdırıb. `Valensiya` ilə uğurlu dönəmin ardından 6 il `Liverpul`u çalışdıran 52 yaşlı Benitezin `İnter`lə işbirliyi qısa sürmüşdü.