Çelsi öncə ÇL, indi AL

16 May 2013
Çelsi öncə ÇL, indi AL
UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub.
Final görüşündə İngiltərənin `Çelsi` və Portuqaliyanın `Benfika` komandaları üz-üzə gəlib.
Hollandiyanın `Amsterdam Arena` stadionunda keçirilən oyun `Benfika`nın üstünlüyü şəraitində keçsə də, hesabı 60-cı dəqiqədə `Çelsi` açıb. Bundan səkkiz dəqiqə sonra portəgiz klubu hesabı bərabərləşdirib. Lakin oyuna əlavə edilmiş vaxtda Branislav İvanoviç komandasının qələbə topunu vurub - 2:1.
Beləliklə, `Çelsi` 2012/13-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi olub.
UEFA Avropa Liqası, final qarşılaşması
15 may
Çelsi (İngiltərə) – Benfika (Portuqaliya) - 2:1
Qollar: Torres, 60 (1:0), Kardoso, 68-pen (1:1), İvanoviç, 90+3, (2:1)