"ÇELSİ" ŞON RAYT FİLİPSLƏ ANLAŞDI

single-news
18 İyl 2005

"ÇELSİ" ŞON RAYT FİLİPSLƏ ANLAŞDI



Şon Rayt Filips "Çelsi" ilə 5 illik müqavilə imzaladı... Bir gün öncə atası Yan Rayt və agenti Mitçella Tomasla İngiltərəyə gələn futbolçu həkim nəzarətindən keçdikdən dərhal sonra Klubun məşq prosesinə qatılmaq üçün ABŞ-a yola düşüb. Mövsümqabağı oyunlarda gücünü sınayan "Çelsi" isə növbəti matçını "Mançester Siti" ilə keçirəcək. Bazar günü isə, "Milan"la qarşılaşmada böyük ehtimalla futbolçu debüt edə bilər. Artıq geyinəcəyi formanın nömrəsi də bəllidi: "Mən 24 nömrə geyinmək istərdim. Bu tarıxdə mənim oğlum dünyaya gəlib. O futbolu çox sevir." Futbolçuya onun mövqeyində güclü futbolçuların oynaması barədə sual ünvanladıqda o belə cavab verdi: "Bu mənim üçün daha yaxşıdır. Co Koul, Aren Robben və Damien Daffla eyni mövqedə oynamaq böyük şərəfdir. Hələ onlarla rəqabətə girişə biləcəyimə də əminəm. Yoxsa bu kluba gəlməzdim."

Paylaş

// pop up