"ÇELSİ" YENİDƏN CƏZALANDI...

single-news
19 Yan 2008

"ÇELSİ" YENİDƏN CƏZALANDI...



İngiltərə Futbol Federasiyasının Nizam - İntizam Komitəsi "Çelsi"ni cəzalandırıb. Qərara əsasən,klub 40 min funt sterlinq dəyərində cərimə olunub. Hər şeyə noyabrın 24-də "Derbi Kaunti" ilə oyun zamanı komandanın futbolçularının etdiyi çılğınlıq səbəb olub. Rəqib oyunçuya zərbə endirdiyinə görə, hakim Andrey Marinera "mavilər"in yarımmüdafiəçisi Mixael Esyeni meydandan qovdu. Onun komanda yoldaşları referinin qərarını qeyri-obyektiv hesab ediblər və hakimə qarşı təzyiq göstərməyə cəhd ediblər. Hadisə futbol rəsmilərinin diqqətindən yayınmayıb. Buna qədər isə London klubu analoji addıma görə, mövsümün əvvəlində 30 min funt cərimə olunmuşdu.

Paylaş

// pop up