Çempion büdrədi, azarkeşlər dalaşdı, Abbasov sıradan çıxdı (FUTBOL+, 23.08.2005)

single-news
23 Avq 2005

Çempion büdrədi, azarkeşlər dalaşdı, Abbasov sıradan çıxdı (FUTBOL+, 23.08.2005)



13. Qarabağ (Ağdam) - Neftçi (Bakı) 2:2 (1:1) 12. Cahangir Həsənzadə - 5,5 5. Blajenko Bekovaç - 5,0 3. Dmitri Spirin - 4,5 4. Vasif Haqverdiyev - 4,5 8. Aslan Kərimov - 6,5 21. Sergey Kravçenko - 6,0 15. Mübariz Orucov - 5,0 20. Azər Cabbarov - 6,0 91. Denis Sokolovski - 4,5 (17. Rəşad Muradov,40) - 5,0 10. Müşfiq Hüseynov (k) - 5,5 (6. Dmitri Yeremeyev, 80) - qiymətsiz 9. Samir Musayev - 5,5 (11. Aleksandr Voskoboynik, 71) - 4,5 Ehtiyat oyunçular 1. Vitali Kovalyov 18. Ruslan Musayev 7. Mustafa Engin 13. Eltay Aslanov Baş məşqçi: Elxan Abdullayev Komandanın ən yaxşısı: Aslan Kərimov 1. Vladimir Miçoviç - 5,0 4. Valeri Abramidze - 4,5 19. Ruslan Abbasov - 4,5 (18. Elvin Əliyev, 28) - 5,0 2. İqor Getman - 5,0 8. Aleksandr Çertoqanov - 6,0 11. Bəxtiyar Musayev - 5,0 (20. Branimir Subaşiç, 74) - 6. Rəşad Sadiqov - 5,5 22. Zaur Tağızadə (k) - 6,5 7. Vadim Borets - 6,0 15. Tomislav Mişura - 5,5 21. Nadir Nəbiyev - 5,5 Ehtiyat oyunçular 12. Konstantin Qusev 23. Orxan Babayev 9. Elçin Rəhmanov 3. Orxan Məmmədov 10. Georgi Adamiya Baş məşqçi: Ağasəlim Mircavadov Komandanın ən yaxşısı: Zaur Tağızadə Qollar: M.Hüseynov, 2 (1:0). T.Mişura, 23 (1:1). S.Kravçenko, 53 (2:1, S.Musayev). Z.Tağızadə, 64 (2:2). Vərəqələr: A.Çertoqanov, 42 (kobud oyun). İ.Getman, 44 (rəqibi bilərəkdən saxlamaq). S.Kravçenko, 53 (kobud oyun). Z.Tağızadə, 77 (hakimin qərarından narazılıq). R.Muradov, 90+1 (hakimin qərarından narazılıq) - sarı. Hakimlər: FEYZULLA FEYZULLAYEV, Sultan Məmmədov, Azər Məmmədov, Ramiz Əhmədov (hamısı Bakı). Hakim-inspektor: Gülağa Cabbarov (Bakı). AFFA nümayəndəsi: Əziz Əliyev (Bakı). 22 avqust. Bakı. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu. 2000 tamaşaçı (3000 yerlik). Hər iki hissəyə 2 dəqiqə əlavə olunub. Son iki ildə olduğu kimi, bu dəfə oyun ətrafında böyük ajiotaj yaranmasa da, azarkeşlər tribunaları doldurmuşdu. Matçın başlamasına xeyli qalmış biletləri 10 min manata satan təşkilatçılar oyundan 10-15 dəqiqə əvvəl stadionun qapılarını onların üzünə açdı. Məşəllərlə silahlanmış "Neftçi" fanları daha təşkilatlı görünürdü. Matçdan əvvəl kapitanlar Azərbaycanın bayrağını qaldırdı. Heyətə gəlincə, bakılıların sabiq qapıçısı Cahangir Həsənzadə "Qarabağ"da debüt matçına çıxmışdı. "Neftçi"də isə Vadim Borets və Tomislav Mişura heyətə dönmüş, Georgi Adamiya isə ehtiyat oyunçular sırasında yer almışdı. 8 əcnəbi sırasına düşməyən Darko Çordaş tribunada əyləşmişdi. Aqil Məmmədovun yoxluğunda Rəşad Sadiqov sola çəkilmiş, Aleksandr Çertoqanov isə Valeri Abramidzenin önündə qərarlamışdı. Matça gəlincə, oyunu iki oxşar ssenarili 45 dəqiqəyə bölmək olar. "Qarabağ"ın ilk hücumundan sonra Ruslan Abbasovun müdafiədəki səhvi qolla nəticələndi. Sol cinahdan asmanı qapayan Müşfiq Hüseynov uzun fasilədən sonra milli çempionatda qol sayını artıra bildi. Buraxılan qoldan sonra böyük qüvvəylə irəli atılan "ağ-qaralar" orta sahəni bütövlüklə ələ keçirdi. Xüsusilə sağ cinahda fəal olan qonaqların müdafiəçiləri də tez-tez hücuma qoşulur və rəqibə əks həmlə şansı yaradırdı. Amma o qədər də sürətli görünməyən meydan sahiblərində hücumçulardan daha çox Kərimov inamlı oyunuyla diqqət çəkirdi. "Neftçi"nin müdafiəçilərinin o qədər də yaxşı təsir bağışlamaması fonunda ağdamlılar da arxa xəttiylə öyünə bilməzdi. Elə bu səbəbdən Mişuranın şığıyaraq cərimə meydanına girib qarşısıalınmaz zərbə vurmasının günahı onların ayağına yazılmalıdı. Qoldan sonra oyundan nisbi sakitlik yaransa da, hər iki komandanın irəli çıxmaq şansı olurdu. 28-ci dəqiqədə isə Mircavadovun problemlərinə daha biri də əlavə olundu. Sol cinah müdafiəçisi Abbasov toqquşmada ayağını sındıraraq meydanı tərk etdi. İkinci yarı başlayan kimi Kravçenko möhtəşəm zərbəylə "doqquzluğ"u nişan aldı. Yalnız Miçoviçin tullanışı flaqmanı xilas etdi. Buna cavab olaraq Nəbiyevin baş zərbəsi qeyd olunmalıdı. 5 dəqiqə sonra oyunun ən fəallarından biri olan Çertoqanovun ötürməsindən sonra Tağızadə cərimə meydanına daxil olub ciddi təhlükə yaratdı. Ard-arda 3-4 zərbənin qapıya getməməsində bəxtin də rolu oldu. "Vurmayana vurarlar" prinsipinə əməl edən "Qarabağ" növbəti hücumdaca irəli çıxdı. Samir Musayevin ötürməsini Kravçenko dəqiq tamamladı. Birinci hissədə olduğu kimi, yenə hesabda geri düşən flaqman böyük qüvvəylə irəli atılmağa məcbur oldu. İlk yarıda öz cinahında Tağızadəyə rəqib ola bilən Cabbarov da artıq yorulmuşdu. "Qızıl oğlan" isə istədiyini edirdi. Növbəti dəfə müdafiəçilərin səhvindən yararlanan "Neftçi"nin qolunu da o vurdu. Cərimə meydanına daxil olub 3-4 müdafiəçidən sıyrılan Zaur komandasını xilas etdi. Bundan sonra cüzi üstünlüyü qoruyan "Neftçi" yerlə zərbələrə üstünlük verirdi. Yəqin sabiq qolkiperlərinin zəif yeri onlara sirr deyildi. Amma Cahangir komandasını heç də az xilas etmədi. Orta sahə oyunçularının yorulmasını görən Mircavadov üçüncü hücumçunu da meydana buraxdı. Amma nə onların hücumları, nə də ağdamlıların əks-hücumları "sülh"ü pozmadı. Oyunun gedişində "Qarabağ" azarkeşlərinin əvvəl polislərlə dava-dalaşa, sonrasa Tağızadəylə "kompliment mübadiləsinə" çıxması da oyunun əsəb gərginliyilə müşayiət olunmasına sübut idi. Oyundan sonra jurnalistlər önünə çıxan Ağasəlim Mircavadov sonradan fikrini dəyişib danışmağı lazım bilmədi. Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Nəticədən razıyam. Belə rəqibdən xal almaq da yaxşıdı. Düzdü, qələbə də qazana bilərdik. Amma müdafiəçilərin iki kobud səhvi qolla nəticələndi".

Paylaş

// pop up