ÇEMPİON NÜFUZUNU QORUDU . . .
13 Apr 2007
ÇEMPİON NÜFUZUNU QORUDU . . .
ÇL-in ardından UEFA kubokunun yarımfinalçılarının adı məlum olub. Maraqlıdı ki, bir gün önəcə ÇL-də son döürd komandasının 3-nün eyni klubu təmsil etdiyi kimi, UEFA-da eyni halın şahidi olduq. ÇL-də 3 inglis klubuna bir italyan düşmüşdüsə, qeyd etdiyimiz turnirdə, Almaniyanın “Verder” klubu 3 ispana qarşı mübarizə aparacaq. Ancaq, ÇL-dən fərqli heç kim ispanlarının final uğrunda mübarizə aparılacaq görüşü vəsiqə qazana biləcəyinə inanmırdı.
İlk öncə son çempiondan başlayaq. “Sevilya”nın evdə minimal hesablı qələbəsindən (2:1) sonra “Totenhem”in daha şanslı olduğu görünsədə qonaqlar özlərini heç də naşı aparmayıblar. Artıq 8-ci dəqiqədə 2:0 hesabıyla önə keçən sevilyalılar ikinci yarıda iki top buraxsalarda bu onların növbəti mərhələyə adlamasına əngəl törətməyib.
Çempionun yarımfinaldakı rəqibi isə həmvətənləri olacağı əvvəlcədən bəlli idi. Hər halda ilk oyunda səfərdə qazanılmış 3:0-lıq qələbədən sonra “Bayer”-in dönüş yarada biləcəyi inandırıcı görünmürdü. Matçda cəmi bir qol vuruldu. Görüşün 62-ci dəqiqəsində Xuanlunun vurduğu qol Osasunaya ümumi hesabda 4:0-lıq qələbə gətirdi.
Digər matçda isə cari mövsümün ən məhsuldar komandaları üz-üzə gəldi. Düzdü, ilk görüşdə, “Alkmar” – “Verder” görüşündə azarkeşlər qol izləyə bilməmişdisə, Bremenlilər evdə hollandlara toy tutdu. Almaniya millisini üzvü Borovski 26-cı dəqiqədə hesabı açdıqdan sonra onun millidəki yoldaşı Miroslav Kloze 36 və 62-ci dəqiqələrdə fərqlənməklə van Qalın yetirmələrinin turnirlə vidalaşmasına səbəb oldu. Düzdü, buna qədər Dembeley 32-ci dəqiqədə hesabı bərabərləşdirmişdisə, “Verder”in cari mövsümdəki, tapıntısı Dieqo 82-də “ağ-yaşıl”lara böyük hesablı qələbə qazandırdı.
Bu cütün rəqibinin müəyyənləşəcəyi matçda isə qol vurulmadı. İlk oyundan sərfəli sayıla biləcək nəticə ilə dönən “Benfika”nın “Espanyol”u yenəcəyi gözlənilsə də “qartal”ların matç boyu hücumları bir nəticə vermədi. Nəticə də barselonalılar son dördlüyə qalan 3-cü ispan komandası oldular.
Yarımfınal matçlarının lik oyunları aprelin 26-sı cavab görüşləri isə mayın 3-ndə keçiriləcək.