ÇEMPİONATÖNCƏSİ MÖHTƏŞƏM DƏSTƏK

single-news
8 Avq 2008

ÇEMPİONATÖNCƏSİ MÖHTƏŞƏM DƏSTƏK



“Qarabağ” Futbol Klubunun rəhbərliyi hər zaman komandaya yaxın olması və verdiyi dəstəklə seçilib.  Xüsusilə klubumuzun başçısı Tahir Gözel bir çılğın futbol azarkeşi kimi hər zaman “Qarabağ” Futbol Klubuna xüsusi həssaslıqla yanaşıb. Artıq saatlardan sonra başlayacaq yeni mövsümöncəsi “Qarabağ” futbol Klubunun vitse-prezidenti Tahir Gözel, “Qarabağ”ı himayəyə götürmüş “Azersun Holding” şirkətlər qrupunun baş direktoru Fevzihan Aras komandanı ziyarət etdi. Eyni zamanda klubumuzun direktoru Emrah Çelikel və çalışdırıcımız Qurban Qurbanovun iştirak etdiyi toplantı həmişəki kimi çox səmimi alındı. İlk olaraq “Qarabağ”ın yeni transferləri ilə tanış olan  rəhbərlər mövsümöncəsi  komandamzın hədəfləri, nə gözlədikləri haqqında geniş söhbət aparıldı.

Öncəliklə, Fevzi bey Binə qəsəbəsində tikilən bazanın işlərinin sürətləndiyini və inşaallah yeni il ərəfəsində hotel binasının inşasının başa çataçağı müjdəsini verdi. Eyni zamanda Tahir bey “Qarabağ”ın ən yaxşısına layiq olduğunu, burada bir komandadan çox bir ailə olduğunu bildirdi. Tahir bəyin sözləri böyük alqışa səbəb oldu. Onu da qeyd edək ki, inanılmaz dərəcədə səmimi alınan söhbət zamanı belə alqışlama prosesi bir neçə dəfə baş tutdu. Tahir bəy, artıq rəhbərliyin komandaya daha yaxın olacağını, hər an futbolçuların yanında olacaqlarını, birlikdə daha çox zirvələri fəth edəcəklərini bildirdi. Artıq nəticə qazanmağın vaxtı çatdığını da xüsusilə vurğuladı. Artıq, “Qarabağ”sevərlərin də sevinmək vaxtının gəldiyini vurğuladı klub başçısı. Qurban Qurbanova çox inandığını və ona görə də heç vaxt olmadığı qədər  baş məşqçisinə hərtərəfli dəstək verəcəyini söylədi. Tahir bəyin  “bir adamın ki, ad və soyadı eynidirsə nə qədər prinsipial olmasını göstərir.” deməsi də maraqla qarşılandı. Fevzi bəy də öz növbəsində ötən il komandanın oyunlarının 80 faizində iştirak edirdilərsə, bu il hədəfin bütün oyunlarda komandanın yanında olmaq olduğunu bildirdi. Fevzi bəy bu il “Qarabağ”ın baxımlı oyunla yanaşı daha yaxşı nəticələr qazanacağına inandığını gizlətmədi. Hər iki rəhbər ilk matçın çox önəmli olduğu və yaxşı başlanğıcın sonda böyük əhəmiyyət qazanağını ifadə etdi.

Ardınca komandanın kapitanı Aslan Kərimov bütün futbolçuların adından klub rəhbərliyinə göstərdikləri etimada görə təşəkkür etdi. Belə inamdan sonra məsuliyyətlərinin daha da artdıqlarını və çempionluq uğrunda mübarizə aparacaqlarını bildirdi.

Tahir bəy futbolçulardan maksimum hədəf istədi. Və bu yolda rəhbərliyin komandayla birgə olduqlarını bildirdi. Sonda hər kəs birlikdə “Qarabağ” şüarını səsləndirərək bu möhtəşəm görüşün bitməsinə işarə verdilər.

Bu matçöncəsi bütünləşmə mesajında sonra Qurban Qurbanovun futbolçulara deyəcəkləri bu oldu :” Bu söhbətdən sonra nəsə danışmaq olarmı? Əlbəttə xeyr. İndi ancaq çempionluq düşünmək vaxtdır. Vəssalam!!!”

Paylaş

// pop up