ÇEMPİONLA ÇEMPİONSAYAĞI . . .

single-news
25 Apr 2006

ÇEMPİONLA ÇEMPİONSAYAĞI . . .



"Neftçi" 0 - 0 "Qarabağ" Oyun gərgin keçəcəyi elə ilk dəqiqələrdən sezilməyə başladı. Ev sahiblərinin erkən qol vurmaq , qonaqların isə əks hücumda qol vurmaqla cavab oyununa üstünlük qazanmaq istəyi oyuna daha da rəhg qatırdı... İlk təhlükəli vəziyyət "Neftçi"nin qapısı qarşısında yarandı. 5-ci dəqiqədə Elmirin ötürməsindən sonra Samir Musayevin zərbəsini qapıçı çətinliklə yandan çıxara bildi. 4 dəqiqə sonra yenidən Samir qapıçının sayıqlığını yoxladı. Bu dəfə top qapı çatından azacıq aralı keçdi. Flaqmanda bunu cavabsız qoymadı. 31-ci dəqiqədə süni oyundan kənarvəziyyət yaradarkən səhv qapımız ağzında təhlükə ilə nəticələndi.Lakin Zaur Tağızadənin ötürməsini Mişura tamamlaya bilmədi. Əsasən meydanın mərkəzində cərəyan edən ilk hissənin son dəqiqələrinə isə Subaşiçin 100%-lik qol imkanına oyunboyu gözəl oyun nümayiş etdirən qapıçımız Cahangir Həsənzadə imkan vermədi. İkinci hissədə ilk hissəyə oxşar məcrada davam etdi. Meydan sahiblərinin qol vurmaq istəkləri isə "Qarabağ" müdafiə və yarımmüdafiə xətti tərəfindən ustalıqla alınırdı.Hissə başlayan kimi Samir Musayev gözəl zərbə ilə yadda qaldı. 64-cü dəqiqədə Qoqa Berayanın gözəl ötürməsindən sonra qapıçı ilə təkbərək qalan Mübariz Orucov topa saxlamadan zərbə vurmaq qərarı verdi. Lakin zərbə qapnın üstündən keçdi. 3 dəqiqə sonra Mübariz - Qoqa - Samir üçlüyü az qala rəqibin bütün müdafiə xəttini arxada qoyacaqdı. Lakin son ötürmədə dəqiqlik çatmadı. 83-cü dəqiqədə Samir Musayev yandan Qoqa Berayaya ötürmə etdi. Lakin Berayanın zərbəsini qapıçı tuta bildi. Beləliklə gərgin idman mübarizəsində keçən oyun qolsuz bərabərliklə nəticələndi və finalçının taleyinə mayın 3-də keçiriləcək cavab oyunundan sonra aydınlıq gələcək.

Paylaş