ÇEMPİONLAR ÇEMPİONU - "LİVERPUL"

single-news
26 May 2005

ÇEMPİONLAR ÇEMPİONU - "LİVERPUL"



QOLLAR: Malidini-1, Krespo-39,44,("Milan"); Cerard-54, Şmiçer-56, Xavi Alonso-61 ("Liverpul"). "Milan": Dida, Kafu, Nesta, Maldini, Stam, Qattuzo (Koşta), Pirlo, Zeedorf (Serjinyo), Kaka, Krespo (Tomasson), Şevçenko Məşqçi: Karlo Anselotti "Liverpul": Dudek, Finnan (Hamann), Karrager, Hyupya, Traore, Kuell (Smiçer), Gerard, Xavi Alanso, Riise, Luis Qarsiya, Baroş (Sisse) Məşqçi: Rafael Benites Hakimlər: Manuel Qonsales, Oskar Samanieqo və Klemente Plou (hər üçü - İspaniya) Stadion. İstambul, "Atatürk" Olimpiya stadionu.70 min tamaşaçı. İngiltərənin "Liverpul" Klubu 2004-05-ci il mövsümündə Çempionlar Liqasının qalibi oldu. İstanbulun "Atatürk" stadionunda keçirilən final matçında 0:3 hesabı ilə geridə olmalarına baxmayaraq, hesabı bərabərləşdirməyi bacaran ingilislər, 11 metrik cərimə zərbələrindən sonra kuboku başları üzərinə qaldıran tərəf oldular. "Liverpul"un baş məşqçisi Rafael Benitez isə, ikinci dəfə dalbadal Avrokubokun sahibi oldu. Xatirladaq ki, ötən il Benitez "Valensiya" ilə UEFA Kubokuna sahib olmuşdu. Başqa bir əlamətdar hadisə isə "Liverpul"un 5-ci dəfə Çempionlar Liqasının qalibi olmasıdır ki, bu isə Kubokun artıq İngiltərədə qalacağını göstərir. ...Matçın maraqlı keçəcəyini deyənlər yanılmadılar. Hər iki klub mövsümü major notlarda bitirmək üçün mütləq kuboka sahib çıxmalı idilər. Əgər "Liverpul" 20 il idi ki, bu kubokun sahibi ola bilmirdisə, "Milan" son anda İtaliya Skudettosundan əlini üzdüyünə görə heyfsilənirdi. Matç gözlənilən kimi də başladı. Elə ilk hücumdaca Maldini hesabı açdı. Bundan sonra daha gərgin xarakter alan matçın ilk hissəsində "Milan" daha iki dəfə fərqlənə bildi. İkinci hissədə isə tamaşaçılar tam əks hadisələrin şahidi oldular. Bu dəfə "Liverpul" "Milan"ı üç dəfə mərkəzdən başlamağa məcbur etdi. Bu isə hər şeyin 11 metrəlik cərimə zərbələrindən sonra aydınlaşacağı demək idi... ... Zərbəyə Andrey Şevçenko yaxınlaşdı. Zərbə və qeyri dəqiqlik. Bu isə "Liverpul"un müdhiş qarşılaşmada qələbəsi demək idi : 6:5.

Paylaş