ÇEMPİONLAR LİGASI: IV OYUN GÜNÜ

single-news
1 Noy 2006

ÇEMPİONLAR LİGASI: IV OYUN GÜNÜ



Çempionlar Ligasının 4-cü oyun günündə A, B, C və D Qruplarının oyunları keçirildi... Turun ən maraqlı qarşılaşması A qrupunda baş tutdu. "Barselona" Nou Kampda "Çelsi"ni qəbul etdi. Oyun başlayan kimi Deku meydan sahiblərini hesabda irəli çıxardı. İkinci hissənin 7-ci dəqiqəsində Lampard hesabı bərabərləşdirsə də, 5 dəqiqə sonra Gudyonsen yenidən "Barsa"nı hesabda irəli çıxardı. Lakin hakimin əlavə etdiyi üçüncü dəqiqədə Drogbanın qolu oyunda heç-heçəni rəsmiləşdirdi. Qrupun digər oyununda "Verder" rəqib meydançasında "Levski"nin qapısından üç cavabsız top keçirdi. B qrupunda "Spartak" Moskva ilk dəqiqədə Kruzun qoluna bütün oyun boyu cavab verə bilmədi və "İnter" Moskva səfərindən qələbə ilə döndü. "Bayer" isə "Sporting"ın müqavimətini qıra bilmədi - 0:0. C qrupunda "Liverpul" Bordo"nu üç dəfə meydana mərkəzdən başlamağa məcbur etdi. PSV isə bu aqibəti iki dəfə "Qalatasaray"a yaşatdı - 2:0. D qrupunda hər iki oyunda heç-heçə qeydə alındı - "Şaxtyor" "Valensiya" ilə 2:2, "Roma" "Olimpiakos"la 1:1 oynadı... Digər qrupların oyunları bu gün keçiriləcək.

Paylaş