ÇEMPİONLAR LİQASI, 1/4 FİNAL - İKİNCİ OYUN GÜNÜ

single-news
30 Mar 2006

ÇEMPİONLAR LİQASI, 1/4 FİNAL - İKİNCİ OYUN GÜNÜ



Çempionlar Liqasının 1/4 finalında qalan iki oyun dünən keçirildi... İtaliyanın "Milan" komandası Fransada Lion"un qonağı oldu. Matç boyu hər iki komandanın dəfələrlə hesabı açmaq üçün imkanları olsa da, bundan istifadə edilmədi. Beləliklə, İtaliya təmsilçisi rəqib meydançasında özünə sərf edən nəticə qazandı. Digər 1/4 final mərhələsində isə İtaliyanın başqa təmsilçisi - "İnter" İspaniya "Vilyareal"ını qəbul etdi. Matç başlayan kimi Forlan İtalyanlara "soyuq duş" qəbul etdirdi. Lakin tez bir zamanda özünə gələn meydan sahibləri 7-ci dəqiqədə Adriano ilə hesabı bərabərləşdirdi. Matç sonunda isə daha bir qol "İnter"in qələbəsini rəsmiləşdirdi: 2-1.

Paylaş