ÇEMPİONLAR LİQASI, 1/4 FİNAL: YARIMFİNALÇILAR MÜƏYYƏNLƏŞDİ

single-news
6 Apr 2006

ÇEMPİONLAR LİQASI, 1/4 FİNAL: YARIMFİNALÇILAR MÜƏYYƏNLƏŞDİ



Dünən Çempionlar Liqasında 1/4 finalın qalan iki matçı ilə bütün yarımfinalçılar müəyyənləşdi... İspaniyada "Barselona" "Benfika"nı qəbul edirdi. Oyunnu ilk dəqiqələrində Ronaldinyonun 11 metrlik cərimə zərbəsini yerinə yetirməməsi ispan azarkeşlərini şoka saldı. Amma Ronaldinyo az sonra öz sözünü dedi. Etonun cinah ötürməsini hücumçu qapıdan keçirdi.. İkinci hissədə də hər iki klubun qol vurmaq üçün bir neçə şansı olsa da hesab yalnız 89-cu dəqiqədə dəyişdi. Bu dəfə ilk qola asistentlik edən Etonun özü fərqləndi: 2:0. Digər yarımfinal matçında isə hesab açılmadı. "Yuventus" İtaliyada "Arsenal"ın qapısına yol tapa bilmədi. İlk oyunda İngilislərin 2:0-lıq qələbəsi onları yarımfinala çıxardı... Beləliklə, yarımfinalda "Milan" "Barselona" ilə, "Arsenal" isə "Vilyareal"la qarşılaşacaq.

Paylaş