ÇEMPİONLAR LİQASI: DEL PYERO "YUVENTUS"U NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXARDI . . .

single-news
23 Noy 2005

ÇEMPİONLAR LİQASI: DEL PYERO "YUVENTUS"U NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXARDI . . .



Dünən Çempionlar Liqasının 4 qrupunda növbəti turun oyunları keçirildi... "Yuventus" Belçikanın "Brüqqe" komandasını qəbul edirdi. "Bavariya" ilə oyunda qırmızı kart aldığından bu oyunda Zlatan İbrahimoviç komandasına kömək edə bilmirdi. Amma əvəzində Del Pyero əsas heyətdə yer almışdı. 31 yaşlı hücumçu oyun boyu bir neçə qol şansını qaçırtmasına baxmayaraq, 80-ci dəqiqədə öz sözünü dedi. Gözəl ötürmədən sonra o başı ilə topu uzaq küncə göndərdi... Bu qələbə "Yuventus"u növbəti mərhələyə daşıdı və sonrakı turda "Bavariya" ilə oyun formal xarakter daşımaqla bərabər, həm də qrup birincisini müəyyənləşdirəcək. Qrupun digər oyununda "Bavariya" "Rapid"in qapısından dörd cavabsız top keçirdi. Digər oyunlar belə nəticələnmişdir: Panatinaikos - Udineze 1 - 2 Mançestr Yunayted - Vilyareal 0 - 0 Lill - Benfika 0 - 0 Barselona - Verder 3 - 1 Tyün - Arsenal 0 - 1 Ayaks - Sparta 2 - 1

Paylaş