ÇEMPİONLAR LİQASI: II TUR
28 Sen 2005
ÇEMPİONLAR LİQASI: II TUR
Dünən Çempionlar Liqasında dörd qrupda İkinci turun oyunları keçirildi.
A qrupunda "Yuventus" "Rapid"in qapısından üç cavabsız top keçirdi. "Bavariya" isə "Brüqqe"ni Demikelisin 32-ci dəqiqədə vurduğu qolla məğlub etdi.
B qrupunda "Ayaks" öz meydançasında "Arsenal"ın iki qoluna yalnız bir qolla cavab verə bildi. "Tyün" isə "Sparta"nı minimal hesabla məğlub etdi.
C qrupunda "Barselona" "Udineze"ni 4:1 hesabı ilə məğlub etdi. Matçda Ronaldinyo het-trikə imza atdı.
Qrupun digər matçında "Panatinaikos" "Verder"i 2:1 hesabı ilə məğlub edı bildi.
D qrupunda "Mançester Yunayted"i "Benfika" ilə matçda Van Nistelroy xilas edib. Onun 85-ci dəqiqədə vurduğu qol meydan sahiblərini 2:1 hesabı ilə irəli çıxarıb.
"Lill" isə "Bilyareal"la sülh bağlayıb: 1-1.
Digər qrupların oyunları bu gün keçiriləcək.