ÇEMPİONLAR LİQASI: III TURUN İLK OYUN GÜNÜ
19 Okt 2005
ÇEMPİONLAR LİQASI: III TURUN İLK OYUN GÜNÜ
Çempionlar Liqasında III tura səkkiz oyun ilə start verildi.
Maraqlı gözlənilən qarşılaşma şübhəsiz "Bavariya" - "Yuventus" matçı idi. O qədər də baxımlı alınmayan oyunda "Bavariya" bütün konponentlərinə görə rəqibi üstələdi və bunun nəticəsi olaraq da layiqli qələbə qazandı: 2:1.
Qrupun digər oyununda "Rapid" Belçika "Brüqqe"sini qəbul edirdi. Meydan sahiblərinin azacıq ərazi üstünlüyü olsa da, qonaqlardan Balabanın dəqiq zərbəsi matçda yeganə oldu: 0:1.
Digər qarşılaşmalar isə aşağıdakı kimi nəticələnmişdir:
"Udineze" 1 - 1 "Verder "
"Panatinaikos" 0 - 0 "Barselona"
"Vilyareal" 1 - 1 "Benfika"
"Mançester Yunayted" 0 - 0 "Lill"
"Sparta" 0 - 2 "Arsenal"
"Ayaks" 2 - 0 "Tyun"
Qalan qruplarda görüşlər bu gün keçiriləcək.