ÇEMPİONLAR LİQASI: ŞEVANIN "FUTBOL DƏRSİ" VƏ YA FƏNƏRİN SÜQUTU . . .

single-news
24 Noy 2005

ÇEMPİONLAR LİQASI: ŞEVANIN "FUTBOL DƏRSİ" VƏ YA FƏNƏRİN SÜQUTU . . .



Dünən axşam Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun daha 8 oyunu keçirildi. Bu oyunlardan sonra, "Liverpul", "Çelsi" və "İnter" də 1/8 final mərhələsinə öz adını yazdı. Azarkeşlərimiz üçün isə, ən maraqla gözlənilən oyun Şükrü Saracoğlu stadionunda keçirilən "Fənərbaxça" - "Milan" qarşılaşması idi. Bu matç "Fənər"in 1/8 finala çıxması üçün son şansı və ya əksinə süqutu ola bilərdi. Oldu... Amma istənilən yox, istənilməyən oldu. Fənər süqut etdi. Bu süqutun banisi isə, "Milan" yox, yalnız bir futbolçu- ANDREY ŞEVÇENKO oldu... Oyunun 16, 52, 70 və 76-cı dəqiqələrində meydan sahiblərini topa mərkəzdən başlamağa məcbur edən Şevçenko öz gözəl oyunu ilə də diqqət çəkdi. "Milan" isə sübut etdi ki, "Fənər"in onlara layiqli müqavimət göstərməsi üçün təkcə pulun olması kifayət deyil... ...E qrupunun digər qarşılaşmasında "Şalke" "PSV"-ni 3:0 hesabı ilə məğlub etdi. Digər üç qrupda oyunlar belə nəticələnmişdir: F qrupu: Real - Lion 1:1 Rusenborq - Olimpiakos 1:1 1.Lion - 13 xal 2.Real - 10 xal G qrupu: Anderlext - Çelsi 0:2 Liverpul - Betis 0:0 1.Liverpul - 13 xal 2. Çelsi - 10 xal H qrupu: Portu - Reyncers 1:1 İnter - Petrjalka 4:0 1.İnter - 12 xal 2. Reyncers - 6 xal

Paylaş

// pop up