ÇEMPİONLAR LİQASI: ŞEVÇENKO "MİLAN"NIN XİLASKARIDIR ! ! !

single-news
22 Fev 2006

ÇEMPİONLAR LİQASI: ŞEVÇENKO "MİLAN"NIN XİLASKARIDIR ! ! !



Bu ilin Çempionlar Liqasinda oyunlara start verildi. Çox maraqlı matçlarla yadda qalan ilk oyunlar qol qıtlığı ilə də tarixə düşdü. Ümumilikdə, belə oyunların maraqsız keçməsini gözləmək də sadəlövhlük olardı... Elə start verilən kimi,iki super oyun baş tutdu. Həm Madriddə, həm də Münhendə keçirlən oyunlardan sonra hər iki meydan sahibi komandaları sevinc yaşaya bilmədilər. Əgər "Bavariya" öz meydançasında "Milan"la heç - heçə oynadısa, Madriddə "Real" "Arsenal"a məğlub oldu. Münhendə Ballakla matçın 34-cü dəqiqəsində hesabı açan "Bavariya" Şevçenkonun 57-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qola cavab verə bilmədi və matç heç-heçə başa çatdı. Santyaqo-Bernabeoda isə "Real" son dəqiqələrdə Anrinin qolu ilə "Arsenal"a boyun əyməli oldu. Günün digər iki oyunu belə nəticələnmişdir: "Benfika" - "Liverpul" 1:0 "PSV" - "Lion" 0:1

Paylaş