ÇEMPİONLAR LİQASİ: YALNIZ “LİVERPUL” RAHATDIR

single-news
5 Apr 2007

ÇEMPİONLAR LİQASİ: YALNIZ “LİVERPUL” RAHATDIR



Dünyanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında ¼ final matçlarının ilk görüşləri keçirilib. İlk oyun günündə daha çox “Milan” və “Bavariya” qarşıdurması diqqəti cəlb edirdi. ÇL-i üst-üstə 10 dəfə qazanmış Avropa nəhənglərinin cari mövsüm ölkə çempionatlarında uğursuz çıxış etdiyini nəzərə alsaq, hər iki tərəfin son titul üçün son şanslarınından maksimum yararlanmaq istəyəcəyi məlum idi. Lakin, görüşün ilk hissəsi təmamilə italyanların üstünlüyü ilə keçdi. İki epizodda qonaqların Oliver Kannı əvəz edən qolkiperi Rensinq fantastik seyv etsədə, matçın 40-cı dəqiqəsində Pirla başla gözəl aşrtma qola imza atdı. Fasilədən sonra azarkeşlər başqa “Bavariya” izlədilər. Rəqibin aramsız həmlələrinin qarşısını alan almanlar 75-ci dəqiqədə hücuma qoşulmuş Van Buytenlə hesabı bərabərləşdirəcəkdi. Maraqlıdı ki, müdafiəçi birdə əlavə olunmuş 3-cü dəqiqədə oyuna tarazlıq gətirəcəkdi ki, buna qədər isə Kaka rus hakim Boskakovun təyin etdiyi şübhəli penaltini yerinə yetirəcəkdi. Ma tç sonunda hər iki tərəfin baş məşqçisi 2:2-lik hesaba baxmayaraq, mübarizənin hələ bitmədiyini bildirdi.

Günün digər oyununda isə “Liverpul” səfərdə “PSV”nin qapısından 3 cavabsız top keçirməklə cütün taleyini həll etdi. Amma onların həvətənləri əldə etdiyi nəticələrə sevinə bilməzlər. Belə ki, “Çelsi” evdə yenik düşdüyü matçda “Valensiyayla bərabər qaldısa “Zədəgan”ların İngiltərə çempionluğu uğrunda mübarizə apardığı “Mançester Yunayted” səfərdə “Roma”ya 2:1 hesabıyla məğlub oldu. Təkrar görüşlər bir həftə sonra keçiriləcək. 

Paylaş

// pop up