ÇEMPİONLAR LİQASINDA BİR QƏLƏBƏ BİR MƏĞLUBİYYƏT

single-news
28 Avq 2008

ÇEMPİONLAR LİQASINDA BİR QƏLƏBƏ BİR MƏĞLUBİYYƏT



“Fənərbağça” Çempionlar Liqasında! Çempionlar Liqasının 3-cü turunun revanş matçında “Fənərbağça” “Partizan”ı 2:1 məğlub etdi və adını Çempionlar Liqasına yazdırdı. İlk qarşılaşma  2:2 hesabı ilə başa çatmışdır. Bu qarşılaşmada isə ilk qol meydan sahiblərindən gəldi. 27-ci dəqiqədə Uğur Boralın gözəl ötürməsindən sonra Semih topu tora qovuşdurdu. 1:0... Daha sonra, ikinci yarıda Aleks komandasını hesabda bir daha irəli çıxardı. Oyunun sonuna yaxın serblər bu qollardan yalnız birinin əvəzini çıxa bildi. Oyun elə bu hesabla da başa çatdı.

 

"FƏNƏRBAĞÇA" - "PARTİZAN"... 2:1...

Digər türk klubu “Qalatasaray” isə mərhələni adlaya bilməyib. Rumıniyanın “Styaua” komandası ilə üz-üzə gələn “cim-bom”lular məğlubiyyətdən yaxa qurtara bilməyiblər. İlk qarşılaşmada meydandan sülhlə ayrılan komandalar münasibətləri bu oyunda aydınlaşdırıblar. Qolu isə 56-cı dəqiqədə Nikolita ofsayt vəziyyətindən tora göndərib.

 

"STYAUA" - "GALATASARAY"... 1:0...

 

 

Paylaş

// pop up