ÇEMPİONLAR LİQASINDA İNGİLİS YARIMFİNALI

single-news
14 Apr 2005

ÇEMPİONLAR LİQASINDA İNGİLİS YARIMFİNALI



Çempionlar liqasının daha iki 1/4 final oyunu ilə bütün yarımfinalçılar bəlli oldu. "Yuventus" Delle Alpedə "Liverpul"u qəbul edirdi. Bu oyunda İtalyan Klubuna yarımfinala çıxmaq üçün bir qol da kifayət edirdi. Lakin "Yuventus" bunun öhdəsindən də gələ bilməyərək, iddiasını gələn mövsümə saxladı. "Liverpul" isə, yarımfinalda digər ingilis Klubu "Çelsi" ilə qarşılaşacaq. Digər 1/4 final oyununda isə yarımfinalçı 11 metrəlik cərimə zərbəsindən sonra məlum oldu. Hollandiyada "PSV" Fransanın "Lion" Klubunu qəbul edirdi. Matçın 10-cu dəqiqəsində "Lion" S.Viltordun qolu ilə hesabda irəli çıxdı. Lakin 50-ci dəqiqədə Alex hesabı bərabərləşdirdi. İlk oyun da bu hesabla başa çatdığından hər şey 11 metrəlik cərimə zərbələrində aydınlaşdı. Esyenin dəqiq olmaması "PSV"-ni növbəti mərhələyə çıxartdı.

Paylaş