Çempionlar Liqasındakı ilk rəqib müəyyənləşdi

16 İyl 2024
Çempionlar Liqasındakı ilk rəqib müəyyənləşdi
Komandamızın Çempionlar Liqasının 2024/25 mövsümündəki ilk rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq.
Cəbəllütariq təmsilçisi I təsnifat mərhələsində “Hamrun Spartans”ı mübarizədən kənarlaşdırıb. Maltada 1:0 hesablı qələbə qazanan “Linkoln” öz meydanında eyni nəticə ilə məğlub olub. Rəqibimiz penaltilər seriyasında bəlli olub. Meydan sahibləri 5:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında ilk matç iyulun 23-də Cəbəllütariqdə, cavab görüşü ayın 30-da Bakıda keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.