Çempionlar Liqasındakı ilk rəqibimiz müəyyənləşəcək
Çempionlar Liqasındakı ilk rəqibimiz müəyyənləşəcək
Komandamızın Çempionlar Liqasının 2025/26 mövsümündəki ilk rəqibi sabah müəyyənləşəcək. II təsnifat mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində keçiriləcək.
“Qarabağ” püşk zamanı səpələnmişlər səbətində yer alacaq. Komandamızın mümkün rəqibləri səpələnməmişlər səbətində olan klublardır.
9 cütün qalibi və ilk mərhələdən azad olan 2 komanda “Qarabağ”ın mümkün rəqibləridir. "Noa" - "Buduçnost" cütünün qalibi isə komandamıza rəqib ola bilməz.
Səpələnmişlər
“Kopenhagen” (Danimarka)
“Srvena Zvezda” (Serbiya)
“Ferentsvaroş” (Macarıstan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Slovan” (Slovakiya)
“Qarabağ” (Azərbaycan)
"Ludoqorets" (Bolqarıstan) - "Dinamo Minsk" (Belarus) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)
FCSB (Rumıniya) - "İnter" (Andorra) cütünün qalibi
“Lex” (Polşa)
"Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan) cütünün qalibi
"İberiya 1999" (Gürcüstan) - "Malmö" (İsveç) cütünün qalibi
Səpələnməmişlər
“Riyeka” (Xorvatiya)
"Jalgiris" (Litva) - "Hamrun Spartans" (Malta) cütünün qalibi
“Pafos” (Kipr)
KuPS (Finlandiya) - "Milsami" (Moldova) cütünün qalibi
TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi
"Levadiya" (Estoniya) - RFŞ (Latviya) cütünün qalibi
"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) cütünün qalibi
"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) cütünün qalibi
"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi
"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütünün qalibi
Qeyd edək ki, I təsnifat mərhələsi iyulun 8-9-da və 15-16-da, II təsnifat mərhələsi isə 22-23-də və 29-30-da baş tutacaq.
