ÇEMPİONLAR LİQASININ PÜŞK ATILDI

single-news
22 Dek 2007

ÇEMPİONLAR LİQASININ PÜŞK ATILDI



Çempionlar Liqasının play-offçularının adları məlum olub. Dünyanın ən güclü klub turnirində 1/8 final matçları 19 fevralda start götürəcək. Cavab görüşləri isə iki həftə sonra keçiriləcək. İlk dəfə bu mərhələdə mübarizə aparacaq “Fənərbaxça” özü kimi ilk dəfə play-off həyəcanı dadacaq “Sevilya” ilə növbəti mərhələ uğrunda döyüşə qalxacaq. Diqqəti cəlb edən əsas cütlük “Milan” – “Arsenal”dır. Ötən ilin çempionaları yenə də bir ingilis klubuyla qarşılaşacaq. Digər italyan-ingilis dueli isə “İnter” – “Liverpul”un timsalında baş tutacaq. “Roma”- “Real”, “Lion” – “Mançester Yunayted” cütlüyü də maraq doğurur. “Olympiakos” – “Chelsea”,  “Celtic” – “Barcelona” cütlərində demək olar ki, ¼ finalçıların adı məlumdursa, “Schalke” – “Porto”qarşıdurması əsl sirr qutusudur.

Bu arada UEFA kubokunda da püşk atılıb. Türkiyə təmsilçisi “Qalatasaray” Almaniyanın “Bayer-04” klubu ilə mübarizə aparacaq. Bu mərhələ keçiriləcəyi təqdirdə “Sürix” – “Hamburq” cütünün qalibi türklərə rəqib olacaq.  

Paylaş

// pop up