Çempionlar Liqasının püşkü atıldı
18 İyl 2014
Çempionlar Liqasının püşkü atıldı
UEFA Çempionlar Liqasının və Avropa liqasının növbəti turları üçün püşk atılıb. Çempionlar Liqasının III təsnifat mərhəsinə yüksələcəyi təqdirdə `Qarabağ`ımızn rəqibi Avstriya çempionu `Zalsburq` olacaq. Son 7 ildə 5 dəfə ölkə çempionu olan Zalsburqun eyniadlı komandası ümumilikdə 8 dəfə ölkəsinin ən güclüsü adını qazanıb. Ötən mövsüm Avroliqada qrupda keçirdiyi 6 matçın hamısında qalib gələn avstriyalılar növbəti mərhələdə `Ayaks`ı sıradan çıxarıblar.
Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsinə vəsiqə qazanacağımız təqdirdə ilk oyunda İyulun 29-da Bakıda baş tutacaq. Cavab oyunu 1 həftə sonra Zalsburqdakı `Red Bull Arena`da olacaq.
