ÇEMPİONLR LİQASI: FƏNƏRBAXÇA MƏĞLUB OLDU, REAL VƏ LİON İSƏ NÖVBƏTİ MƏRHƏLƏDƏ . . .

single-news
2 Noy 2005

ÇEMPİONLR LİQASI: FƏNƏRBAXÇA MƏĞLUB OLDU, REAL VƏ LİON İSƏ NÖVBƏTİ MƏRHƏLƏDƏ . . .



Çempionlar Liqasının Qrup mərhələsində E,F,G və H qruplarında IV turun oyunları keçirildi. E qrupunda "PSV" "Milan"ı minimal hesabla məğlubiyyətə uğradaraq qrup liderliyinə yüksəldi. "Fənərbaxça" isə Almaniyada məğlubiyyətlə yanaşı, həm də iki qırmızı vərəqə ilə yadda qaldı. Matç 2:0 "Şalke"nin xeyrinə başa çatdı, Aurelio və Lusiano isə meydandan qovuldu... F qrupunda "Olimpiakos" "Lion"a böyükhüsabla məğlub oldu: 1-4. Bu qələbədən sonra "Lion" növbəti mərhələyə vəsiqə qazanan ilk klub oldu. Digər qarşılaşmada "Real" "Rusenborq"un qapısından rəqib meydançasında iki cavabsız top keçirdi. G qrupunda "Liverpul" "Anderlext"in qapısından 3 cavabsız top keçirərək xalını 10-a çatdırdı. "Betis" isə matraqlı qarşılaşmada "Real"ı Daninin 28-ci dəqiqədə vurduğu qolla məğlub etdi. H qrupunda isə "Artmedia" "Reyncers"lə heç-heçə oynadı - 2:2. qrupun digər qarşılaşmasında "İnter" 2:1 hesabı ilə "Porto"nu məğlub etdi... Qalan dörd qrupda oyunlar bu gün keçiriləcək.

Paylaş

// pop up