Çempion(luq)!!! Foto-video

Çempion(luq)!!! Foto-video
Və `Qarabağ`çempion..İllərdir gözlənilən, həsrətin bitdiyi məqam. Əslində hər şey çox sadə başlamışdı. `Qarabağ`ımızın son 3 oyunda xal itirməsi fonunda `İnter` son 7 matçda qələbə qazanaraq özü üçün `qızıl` ümidi yaratmışdı..
..`Qarabağ`ımız oyuna ideal heyətlə çıxmışdı. Ümumiyyətlə, `Bakı`yla baş tutan ötən oyunla müqayisədə komandamızda 3 dəyişiklik vardı. Cəzasını başa vuran Rəşad Sadıqov komandanı yenidən kapitan kimi meydana çıxarmışdısa, Muaremlə Vüqarı Leroy və Gelaşvili əvəz etmişdi.
Oyuna gəlincə..
3 turdu səssizliyini qoruyan Reynaldo möhtəşəm zərbəylə hesabı açanda..
Braziliyalı təkbaşına rəqib müdafiəsini tarimar edəndə..
Hətta `İnter` qol vurub hesab arasındakı fərqi azaldanda..
Reynaldo het-trikini rəsmiləşdirəndə..
Muarem darmadağını bitirəndə..
O an..
Sözün bitdiyi andı..
`Qarabağ` çempion..
21 ildir gözlədiyimiz,
Alın tərimizin təntənəsi,
Qürurumuzun zirvə səsi..
Biz Çempionuq! `Qarabağ` çempiondur!!!
Çempionluq oyunun fotoları
http://qarabagh.com/1987/index.php?name=photoview&phid=526&lang=1
Çempionluq gətirən oyunun videosu