Çempionluq ümidiylə...başladı...
Çempionluq ümidiylə...başladı...
`Qarabağ`ımız artıq hazırlıqlara başlayıb. Bazar günü Ağdamda `Xəzər-Lənkəran`la oyundan sonra Bakıya qayıdan komandamız dünən yüngül hazırlıq keçib. 90 dəqiqə meydanda olanların qaçışla kifayətləndiyi məşq 1 saat 20 dəqiqə keçib. Dünən isə komandamız istirahət edib. Bu gündən etibarən isə komandamız premyerliqanın final mərhələsinin sonuncu turunun hazırlıqlarına başlayıb. Hazırda turnir cədvəlində `İnter`lə 2-ci və 3-cü yerləri bölüşdürən komandamız `Neftçi`ylə oyuna Suraxanı qəsəbə stadionunda hazırlaşacaq. Çempionluq ümidləri üçün `Bakı`nın səfərdə `Xəzər-Lənkəran`ın büdrətməsinə ümid edəcək komandamız `Neftçi`ylə oyunda qələbə üçün meydana çıxacaq. Məlum olduğu kimi, Rəşad Sadiqov, Əfran İsmayılov, Tural İsgəndərov flaqmanla axırıncı oyunda iştirak etməyəcək. Əməliyyat olunan Nodar Məmmədov isə artıq məşqlərə başlayıb. Gənc müdafiəçi artıq qaçışa başlayıb.
Xatırladaq ki, Mayın 15-ində İsmət Qayıbov adına stadionda keçiriləcək oyun 17:15-də başlayacaq.