Çempionluq uğrunda daha bir möhtəşəm matç( ÇEMPİON, 13.05.2005)
13 May 2005
Çempionluq uğrunda daha bir möhtəşəm matç( ÇEMPİON, 13.05.2005)
“Şəfa” ilə matça görə bu dəfə “Karat” oynamadan üç xal qazanacaq.
Turun mərkəzi qarşılaşması Lənkəranda keçiriləcək. Birinci pillənin sahibi “Qarabağ”ı qəbul edəcək “Xəzər-Lənkəran” qələbə qazanaraq liderliyə yüksələ bilər. Ev sahiblərində Füzuli Məmmədov, ağdamlılarda isə cəzasını başa vuran Vadim Vasilyev meydançaya çıxa bilər. “Qarabağ”ın zədəli futbolçularından Samir Abbasov bu matçda oynamayacaq. Aslan Kərimovun isə oynayıb-oynamayacağı hələ məlum deyil. İlk dövrədə doğma meydançada lənkəranlıları 3:1 hesabı ilə məğlub edən İqor Ponomaryovun komandası bu dəfə eyni uğuru təkrar etməyə çalışsa da, bu çətin olacaq. Bu komandaların mübarizəsində xal itirən tərəf çempion olmaq şansını xeyli çətinə salacaq.
Səfərdə “MKT-Araz”a 2 cavabsız qolla qalib gələn “Karvan” bu dəfə imişlililəri doğma meydançada qəbul edəcək. əgər Nadir Qasımovun komandası üçün çempionatın elə bir əhəmiyyəti qalmayıbsa, “Karvan” üçün bu oyun ölüm-dirim əhəmiyyəti daşıyır. Çempionluq şansını saxlayan yevlaxlılar bu oyunda üç xal qazanarlarsa, zirvə mübarizəsini davam etdirə biləcək. əgər, bunun əksi baş verərsə, yevlaxlılar qızıl medallardan əllərini çəkməli olacaqlar. Bu oyunda Elman Sultanovun cəza üzündən “MKT-Araz”a kömək edə bilməyəcək.
”Bakı” - “İnter” görüşünün maraqlı keçəcəyi gözlənilir. Mayın 28-də ölkə kubokunun finalında üz-üzə gələcək bu komandalar hələ də çempionatdan UEFA Kubokuna vəsiqə çıxmaq üçün nəzəri şans saxlayırlar. Odur ki, bu qarşılaşmada istənilən xal itkisi klubların bu istəklərini gözlərində qoya bilər.
“Gəncə” - “Neftçi” matçının da əhəmiyyəti böyükdür. Cəza səbəbindən Darko Cordaşı itirən “flaqman”, onun əvəzində Tomislav Vişeviçin xidmətindən yararlana biləcək. “Gəncə”də isə zədəli Arif əsədov istisna olmaqla, ciddi itki yoxdur. İlk dövrədə gəncəlilərə iki cavabsız qolla üstün gələn “Neftçi” bu dəfə xal itirərsə, vəziyyəti xeyli pisləşə bilər. Qazanılacaq üç xal isə “Neftçi”nin çempionluq titulunu qorumaq yolunda böyük addım olacaq.
Birinci pillədən cəmi üç xal geri qalan “Turan” “ədliyyə”ni qəbul edəcək. Cari mövsümdə doğma meydançada məğlub olmayan tovuzlular altıoyunluq qələbə seriyasını davam etdirməyə çalışacaqlar. Bu görüşdə itiriləcək xallar “ədliyyə”nin güclülər dəstəsi ilə vidalaşmasını rəsmiləşdirəcək.
Növbəti mövsümdə birinci dəstədə oynayacağı dəqiqləşən “Bakılı” ilə oyun “Gənclərbirliyi” üçün 14 oyunluq qələbəsizlik seriyasına son qoymaq üçün real imkandır. Cəzası başa çatan Saliou Diallo və Mehmet Kahramanın sıraya dönməsi sumqayıtlılar üçün əlavə üstünlükdür.
”Şəmkir” - MOİK qarşılaşmasını ikincilərin elitada qalmaq üçün şansı kimi dəyərləndirmək olar. Son turda “Bakı”dan xal qoparan “hərbçilər” eyni uğuru Şəmkirdə də təkrarlamağa çalışacaqlar. əks təqdirdə “Şahdağ-Samur”un daha bir qələbə qazanıb, MOİK-i birinci dəstəyə yuvarlada bilər. Bu vacib oyun öncəsi baş məşqçi Şahin Şahhüseyni ciddi itkilərlə üzləşib. Belə ki, sarı vərəqə limitini aşan Mikayıl Yusifov və Rəhim Həsənov bu görüşdə komandalarına yardım edə bilməyəcəklər. Qərblilərin heyətində isə itki yoxdur.
Qusarda “Göyəzən”i qarşılayacaq “Şahdağ-Samur” mütləq üç xal qazanmalıdır. Cəzasını başa vuran Alik Yunusov bu görüşdə meydançaya çıxacaq. “Göyəzən” artıq güclülər dəstəsində yerini təmin etdiyindən “Şahdağ-Samur” üçün görüşün asan keçəcəyini güman etmək yanlışlıq olardı. Belə ki, birinci dövrədə qusarlılara başçılıq etmiş Məqsəd Yaqubəliyev artıq qazaxlıların uğur qazanması üçün tər tökür. Bu görüşün Məqsəd bəy üçün prinsipial əhəmiyyət daşıyacağını nəzərə alsaq, matçın gərgin keçəcəyini söyləmək olar.
Həftəsonu birinci dəstədə keçirilən yarışlara yekun vurulacaq. “Böyük Vadi” çempionatdan çıxarıldığına görə oynamadan üç xal əldə edəcək “Energetik” AMMK-nın “Göyçə” ilə oyunda xal itirməsini gözləyəcək. əgər bu baş verərsə, onda mingəçevirlilər çempionatı lider kimi başa vura biləcəklər. əks təqdirdə birincilik AMMK-ya qismət olacaq. Digər qarşılaşmalarda “Viləş” “Xəzər-Lənkəran-2”ni, “Gənclik-95” isə “Anşad Petrol”u qəbul edəcək.
15 may
”Gənclərbirliyi” - “Bakılı”
Stadion: “Mehdi Hüseynzadə” (Sumqayıt)
”Şəmkir” - MOİK
Stadion: Şəmkir şəhər stadionu
”Gəncə” - “Neftçi”
Stadion: Gəncə şəhər stadionu
”Bakı” - “İnter”
Stadion: “Tofiq Bəhramov” (Bakı)
”Turan” - “ədliyyə”
Stadion: Tovuz şəhər stadionu
”Karvan” - “MKT-Araz”
Stadİon: Yevlax şəhər stadionu
”Xəzər-Lənkəran” - “Qarabağ”
Stadion: Lənkəran şəhər stadionu
”Şahdağ-Samur” - “Göyəzən”
Stadion: “Şövkət Orduxanov” (Qusar)
”Şəfa” - “Karat” -;+