CƏNGAVƏRLƏR MƏŞQƏ BAŞLADI

single-news
25 Noy 2008

CƏNGAVƏRLƏR MƏŞQƏ BAŞLADI



Səfərdə "Xəzər - Lənkəran" üzərində möhtəşəm qələbə qazanan cəngavərlərimiz artıq məşqlərə başlayıb. Bazar günü gecə 03:00-də Bakıya çatan komandamız istirahət etmədən məşqlərə başlayıb. Belə ki, premyerliqanın ilk yarısının son turunda "Karvan"la 6-cı gün görüşməli olacağımızdan dərhal məşqlərə başladıq.

Komandamızın çalşdırıcısı artıq cənubda qazandığı qələbəni unudub. Qurban Qurbanov artıq "Karvan" matçını düşünməli olduqlarını bildirib.

Dünən məşq elə də uzun sürməyib. Daha çox yeniləməyə əsaslanan məşq təxminən 45 dəqiqə baş tutub. Futbolçuların əla əhval-ruhiyyədə olması diqqətdən qaçmayıb.

Bu gün isə iki çalışma nəzərdə tutulub. Artıq səhər məşqi "Ruslan-93"-də baş tutub. Trenajor zalında 1,5 saat məşq edən komandamız axşam Suraxanıya yollanacaq.

Paylaş

// pop up