“CƏSUR ÜRƏK” – TUNCAY ŞANLI

single-news
14 İyn 2007

“CƏSUR ÜRƏK” – TUNCAY ŞANLI



Türkiyənin son dövrlərdə yetişdirdiyi ən böyük ulduzlarından olan Tuncay Şanlı son 5 ildə şərəfini qoruduğu “Fənərbaxça”nı tərk edib. Türkiyə millisinin üzvü artıq İngiltərə ppremyerliqasında çıxış edən “Midlsboro”nun şərəfini qoruyacaq. 25 yaşlı futbolçu “qırmızı”larla 4 illik müqavilə bağladığını və həftəyə 60 min funt qazanacağını qeyd edək. İngiltərə mətbuatı Tuncayın transferinə böyük diqqət ayırıb. Çılğın futbolçunu “cəsur ürək” kimi ictimaiyyətə təqdim ediblər. Xatırladaq ki, Tuncay Tuqay, Alpay, Emredən sonra premyerliqada çıxış edəcək 4-cü türk futbolçu olacaq.

Paylaş

// pop up