ÇILĞIN AZARKEŞ...

single-news
18 Mar 2008

ÇILĞIN AZARKEŞ...



 İspaniya Liqasında “Real Betis” və “Atletiko Bilbao” komandaları arasında oynanan matçda növbəti qarşıdurma yaşanıb. Bu dəfə “Real Betis” tərəfdarlarından biri qonaq komandanın qapıçısı Armandonu atdığı su qabı ilə ciddi zədələyib. Aldığı zərbədən sonra meydanda yerə yıxılan qapıçı yalnız həkim müdaxiləsindən sonra ayağa qalxa bilib. Onu yaralayan 40 yaşlı Rodrigez isə “Betis”li tərəftarların şikayətindən sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib. Çılğın azarkeşin  sərbəst buraxılması üçün isə 3 min Avro kəfalət tələb olunub.

 

Armandonun zərbə aldığı an...

Paylaş

// pop up