"CİM-BOM" "FENER"İ DİZ CÖKDÜRDÜ: VİDEO

single-news
28 Fev 2008

"CİM-BOM" "FENER"İ DİZ CÖKDÜRDÜ: VİDEO



Türkiyə kubokunun revanş final qarşılaşmasında iki əzəli rəqib komanda üz-üzə gəldi. Düz 4 qırmızı vərəqənin çıxdığı mücadilədə “Qalatasaray” 2:1-lik qalibiyyətlə adını finala yazdırdı. Ancaq matçda ən çox yadda qalan nə futbolçular, nə texniki işçilər, nə də azarkeşlər oldu. Matçın hakimi Cüneyt Çakır göstərdiyi 4 qırmızı, 9 sarı kartla matçın qədərinə təsir edən əsas insan oldu.

Matçın keçirildiyi “Ali Sami Yen” stadionunda möhtəşəm bir abu hava var idi.  Ilk yarı “Qalatasaray”ın 1:0-lıq üstünlüyü ilə başa çadtı. “Fənərbağça” ikinci yarıda hesabı dəyişməyə nail oldu. “Qalatasaray”ın ümüdlərinin tükəndiyi anda Ümit Karan meydana çıxdı və komandasını üst tura yüksəldən qola imza atdı. Mu möhtəşəm mücadilədə “Qalatasaray”ın qolların 4-cü dəqiqədə Hakan Şükür və 90+1-ci dəqiqədə Ümüt Karan, “Fənərbağça”nın qoluna isə 67-ci dəqiqədə Gökhan Gönül imza atdı. “Sarı-lacivərtlilər”də Luqano 26, Gökhan Gönül 74 və Volkan 90+1, “sarı-qırmızılı”lardan isə Linkoln 90+2-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu qalibiyyətlə “Qalatasaray” adını finala yazdırarkən, “Fənərbağça”nın 25 illik həsrətinə bu dəfə də son qoyulmadı.

 

Paylaş

// pop up