ÇL. 11 il sonra əks tarix. VİDEO

31 Mar 2010
ÇL. 11 il sonra əks tarix. VİDEO
Çempionlar Liqasının ¼ final mərhələsi start götürüb. Bəlkə də, nəticəsi ən maraqla gözlənilən qarşılaşma sayılan `Bavariya` - Mançester Yunayted` matçı elə tarixin əksini yaşatdı. Beklə ki, düz 11 il əvvəl ÇL finalında bu klublar qarşılaşmış almanlar hesabı erkən açmış lakin sonda buraxdığı 2 qolla məğlub olmuşdu. Maraqlıdı ki, bu dəfə ingilislər hesabı açsa da, sonda `Bavariya` 2:1 qələbə qazan bildi. Düzdü, Münhen klubunu Britaniyada çətin sınaq gözləyir.
Digər cütlük isə Fransa derbisi kimi yadda qaldı. Ötən mövsüm Fransada `Lion`un hegemonluğuna son qoyan `Bordo` Lionda məğlubiyyətdən qaça bilmədi. Klod Puelin yetirmələrinə 3:1-lik qələbənin kifayət olub-olmayacağını isə zaman göstərəcək.