ÇL: `Barselona`, `Milan` və `Real`

single-news
3 Noy 2011

ÇL: `Barselona`, `Milan` və `Real`



Çempionlar Liqasının qrup mərhələsinin IV turu başa çatıb.  4 turdan sonra `Barselona`, `Milan` və `Real` play-offa çıxmağı rəsmən həll etdilər.
A qrupunun lideri `Bavariya` öz meydanına `Napoli`ni qəbul edib. Münhen təmsilçisi bu görüşdən də 3 xalla ayrılacağı təqdridə növbəti mərhələyə vəsiqə qazanmış olacaqdı ki, `Bavariya` da bunu bacarıb - 3:2. Qrupun digər matçında isə `Mançester Siti` səfərdə İspaniyanın `Vilyareal` klubunu 3:0 hesabı ilə məğlub edib.
B qrupunda Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə Trabzona yönəlmişdi. Burada `Trabzonspor` səfərdə 0:3 hesabı ilə məğlub olduğu CSKA (Moskva) klubunu qəbul edib. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Qrupun digər matçında isə `İnter` öz meydanında `Lill`i 2:1 hesabı ilə üstələyib.
C qrupunun ikincisi `Mançester Yunayted` doğma azarkeşləri önündə səfərdə 1:0 hesabı ilə qalib gəldiyi `Otselul` (Qalats, Rumıniya) klubu ilə qarşılaşıb. Aktivində 1 xal belə olmayan Rumıniya təmsilçisi bu görüşdə 0:2 hesabı ilə məğlub olmaqla növbəti mərhələ şansını tamamilə itirib. Qrupun digər oyunu isə `Benfika` və `Bazel` komandaları arasında olub. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
 
D qrupunun mərkəzi qarşılaşması isə Fransada baş tutub. Səfərdə Madridin `Real` klubuna 0:4 hesabı ilə məğlub olan `Lion` doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxamaq niyyətində idi. Lakin Fransa təmsilçisi rəqibinə 0:2 hesabı ilə məğlub olub. Qrupun digər matçında isə Zaqreb `Dinamo`su səfərdə Hollandiyanın `Ayaks` klubu ilə görüşüb və darmadağınla üzləşib - 0:4.
E qrupunun lideri `Çelsi` bu dəfə Belçikaya səfər edib. Burada `Genk`in qonağı olan `zadəganlar` rəqibin müqavimətini qıra bilməyiblər. Matçın 40-cı dəqiqəsində penaltidən yararlana bilməyən qonaqlar sonda 1 xala razılaşıblar - 1:1. Qrupun digər matçında isə `Valensiya` səfərdə 1:2 hesabı ilə məğlub olduğu `Bayer` (Leverkuzen) klubundan revanş almağı bacarıb - 3:1.
F qrupunun mərkəzi qarşılaşması isə Londonda baş tutub. Səfərdə `Marsel`i 1:0 hesabı ilə məğlub edən `Arsenal` bu dəfə eyni uğuru doğma azarkeşləri önündə təkrarlamaq niyyətində idi. Lakin tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb - 0:0. Qrupun digər matçında isə `Borussiya` (Dortmund) öz meydanında `Olimpiakos`u 1:0 hesabı ilə məğlub edib.
G qrupunda isə bütün diqqətlər Sank-Peterburqa yönəlib. Burada `Zenit` və `Şaxtyor` (Donetks) komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşün taleyini bir qol həll edib. İlk hissənin sonlarında hesabı açan `Zenit` növbəti qələbəsini qazanıb. `Şaxtyor` isə bu məğlubiyyətdən sonra işini daha da çətinə salıb. Qrupun digər görüşündə isə hələ də məğlubiyyətin nə olduğunu bilməyən Kiprin APOEL klubu öz meydanında `Portu`nu 2:1 hesabı ilə məğlub edib.

H qrupunda isə Belarus BATE-si doğma divarlar arasında `Milan`ı qəbul edib. Milan təmsilçisi bu görüşdə də qələbə qazanarsa, demək olar ki, qrupdan çıxmaq məsələsini həll edəcəkdi. Matçın 22-ci dəqiqəsində Zalatan İbrahimoviçin qolu ilə hesabda önə keçən `Milan` bu üstünlüyünü sonadək qoruya bilməyib - 1:1. Qrupun digər matçında `Barselona` səfərdə Çexiyanın `Viktoriya` (Plzen) klubu ilə qarşılaşıb. Kataloniya təmsilçisi bu görüşdə növbəti darmadağına imza atıb - 4:0.
IV turunun oyunları

2 noyabr
A qrupu

`Bavariya` (Almaniya) - `Napoli` (İtaliya) - 3:2
Qollar: Qomes, 18; 23; 42 - Fernandes, 45; 79
`Vilyareal` (İspaniya) - `Mançester Siti` (İngiltərə) - 0:3
Qollar: Yaya Ture, 30; 71, Balotelli, 45+3
B qrupu
`İnter` (İtaliya) - `Lill` (Fransa) - 2:1
Qollar: Samuel, 18, Milito, 65 - De Melo, 84
`Trabzonspor` (Türkiyə) - CSKA (Moskva, Rusiya) - 0:0
C qrupu
`Benfika` (Belçika) - `Bazel` (İsveçrə) - 1:1
Qollar: Rodriqo, 4 - Hungel, 64
`Mançester Yunayted` (İngiltərə) - `Otselul` (Rumıniya) - 2:0
Qol: Valensiya, 8, Runi, 87
D qrupu
`Ayaks` (Hollandiya) - `Dinamo` (Zaqreb, Xorvatiya) - 4:0
Qollar: Van der Vil, 20, Süleymani, 25, De Yonq, 65, Lodeyro, 90
`Lion` (Fransa) - `Real` (Madrid, İspaniya) - 0:2
Qollar: Ronaldo, 24; 70-pen.
1 noyabr
E qrupu

`Genk` (Belçika) - `Çelsi` (İngiltərə) - 1:1
Qollar: Vossen, 61 - Ramires, 25

`Valensiya` (İspaniya) - `Bayer` (Leverkuzen, Almaniya) - 3:1
Qollar: Yonas, 1, Soldado, 65, Rami, 74 - Kisslinq, 31
F qrupu
`Arsenal` (İngiltərə) - `Marsel` ( Fransa) - 0:0
`Borussiya` (Dortmund, Almaniya) - `Olimpiakos` (Yunanıstan) - 1:0
Qol: Qroskroyts, 7
G qrupu
`Zenit` - `Şaxtyor` (Donetsk, Ukrayna) - 1:0
Qol: Lomberts, 45+1
APOEL (Kipr) - `Porto` (Portuqaliya) - 2:1
Qol: Aylton, 42-pen, Manduka, 89 - Halk , 89-pen
H qrupu
BATE (Belarus) - `Milan` (İtaliya) - 1:1
Qollar: Bressan, 55-pen - İbrahimoviç, 22
`Viktoriya` (Çexiya) - `Barselona` (İspaniya) - 0:4
Qollar: Messi, 24-pen; 45+2; 90, Fabreqas 72

 

Paylaş

// pop up