ÇL: Qruplar sensasiyasız bitdi
ÇL: Qruplar sensasiyasız bitdi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin görüşləri başa çatıb.
E, F, G və H qruplarında keçirilən oyunlardan sonra daha 2 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
`Bavariya` son matçında `Bazel`i darmadağın edərək, E qrupunun qalibi olub. Almanlarla yanaşı, növbəti mərhələyə `Roma` çıxıb. `Bazel` isə mübarizəni avroliqada davam etdirəcək.
`Marsel`ə sensasion məğlubiyyətə baxmayaraq, `Çelsi` F qrupunda birinci yeri tutub. Fransızlar isə qrup ikincisi kimi, 1/8 finala yüksəlib. Üçüncü yerin sahibi `Spartak` Avroliqada qüvvəsini sınayacaq.
16 ən güclü sırasına vəsiqəyə hələ ötən turdan sahib çıxan `Milan` öz meydanında `Ayaks`a uduzub. Bu qələbə hollandiyalıların avroliqada oynamasına şərait yaradıb. F qrupunun qalibi `Real` isə `Oser`i darmadağın edib ki, Kərim Benzema bu qarşılaşmada het-trikə imza atıb.
H qrupuna gəlincə, `Şaxtyor` 1-ci, `Arsenal` 2-ci yeri tutub. Qrup üçüncüsü `Braqa` isə CL-lə vidalaşaraq, Avroliqaya düşüb.
Bununla da, 16 ən güclü klub bəlli olub. Bundan bir gün öncə isə `Barselona`, `Tottenhem`, `İnter`, `Şalke`, `Lion`, `Mançester Yunayted`, `Valensiya`, və `Kopenhagen` də 1/8 finala yüksəlmişdi.
8 dekabr
E qrupu
`Bavariya` (Almaniya) - `Bazel` (İsveçrə) - 3:0
Riberi, 35; 50; Timoşuk, 38
ÇFR (Rumıniya) - `Roma` (İtaliya) - 1:1
Traore, 88 - Borriyello, 51
1 Bavariya 6 5 0 1 16-6 15
2 Roma 6 3 1 2 10-11 10
3 Bazel 6 2 0 4 8-11 6
4 ÇFR 6 1 1 4 6-12 4
F qrupu
`Marsel` (Fransa) - `Çelsi` (İngiltərə) - 1:0
Brandau, 81
`Jilina` (Slovakiya) - `Spartak` (Rusiya) - 1:2
Meytan, 48 - Aleks, 54; İbson, 61
1 Çelsi 6 5 0 1 14-4 15
2 Marsel 6 4 0 2 12-3 12
3 Spartak 6 3 0 3 7-10 9
4 Jilina 6 0 0 6 3-19 0
G qrupu
`Real` (İspaniya) - `Oser` (Fransa) - 4:0
Benzema, 12; 72; 90; Ronaldu, 49
`Milan` (İtaliya) - `Ayaks` (Hollandiya) - 0:2
De Zeuv, 58; Alderveyreld, 66
1 Real 6 5 1 0 15-2 16
2 Milan 6 2 2 2 7-7 8
3 Ayaks 6 2 1 3 6-10 7
4 Oser 6 1 0 5 3-12 3
H qrupu
`Şaxtyor` (Ukrayna) - `Braqa` (Portuqaliya) - 2:0
Rats, 77; Adrianu, 83
`Arsenal` (İngiltərə) - `Partizan` (Serbiya) - 3:1
Van Persi, 30 (pen); Uolkott, 73; Nəsri, 77 - Kleo, 52
1 Şaxtyor 6 5 0 1 12-6 15
2 Arsenal 6 4 0 2 18-7 12
3 Braqa 6 3 0 3 5-11 9
4 Partizan 6 0 0 6 2-13 0