ÇL: ÜÇ İNGİLİSƏ BİR İTALYAN
ÇL: ÜÇ İNGİLİSƏ BİR İTALYAN
Dünyanın ən nüfuzlu klub turnirinin yarımfinalçıları bəlli olub. Gözlənildiyi kimi, səfərdə PSV-ni böyük hesabla məğlub edən “Liverpul” evdə ikinci heyətlə mübarizə aparmasına baxmayaraq, hollandları 1:0 hesabıyla məğlub edib. Görüşdəki yeganə qolu matçın 57-ci dəqiqəsində Pter Kruç imza atıb. 2004-2005-ci ilin çempionun rəqibi adını yarımfinala son anda yazdırıb. “Valensiya” səfərdən evə sərfəli nəticəyə dönsə də (1:1) “Çelsi”nin mübarizəni əvvəldən buraxmayacağı məlum idi. Düzdü, “yarasalar” matçın 32- ci dəqiqəsində Moryentes qolun nəticəsində önə keçsələr də, Andrey Şevçenko 52-ci dəqiqədə vurduğu qolla ümumi hesabda bərabərliyə nail oldu. Artıq hamı əlavə vaxtın oynanılacağını düşündüyü anda Maykl Essyen gözlənilməz zərbəylə “Çelsi”ni “Liverpul⥸ “Milan” olacaq. İlk oyunda İtaliyada tərflər heç-heçə oynasalar da, “Rossenyeri”lər Münhendə Almanitanın ən titullu klubunun qapısından iki cavabsız top keçirə biliblər. Qollara Klarens Seedorf və Filippo Inzagi imza atıblar. Bunulada Avropanını ikinci ən titullu komandası son 5 ildə 4-cü dəfə yarımfinala vəsiqəni əldə edə bildi. Xatırladaq ki, bu müddətdə italyanlar bir dəfə çempionluq bir dəfə də final həyəcanı yaşayıb.