ÇL: Yenə də hakimlər. VİDEO
ÇL: Yenə də hakimlər. VİDEO
Çempionlar Liqası yenidən sart götürdü. Dünyanın ən prestijli klub turnirinin dünən axşam baş tutan macları daha çox hakimliklə yadda qaldı. Belə ki, hər iki oyunda referilər `ev sahibləri`nin xeyrinə verdiyi qərarlarla yadda qaldı. Maraqlıdı ki, hər 2 hakim ötən il qalmaqallarla yadda qalıb. `Bavariya` - `Fio` oyununda bir qədər şübhəli şəkildə italyanların oyunçusunu qovan, son dəqiqələrdə isə almanların açıq-aşkar ofsaydan qol vurmasına göz yuman norveçli Evrebe ötən mövsüm elə ÇL-in yarımfinalında `Çelsi` - `Barselona` oyununda 1-cilərin penaltilərini verməməklə diqqət çəkmiş sonra isə peşimançılığını etiraf etmişdi.
Günün 2-ci oyununda isə daha biədəb qərarıyla (Fransa – İrlandiya: hakimin əli) tanınan Martin Hansson `Porto`nun xeyrinə verdiyi qərarlarla birbaşa oyunun nəticəsinə təsir etdi.
Yaxşısı budur, özünüz izləyin…
Bavariya (Almaniya) - Fiorentina (İtaliya) 2:1
Qollar: Roben, 45. Kloze, 90 - Kroldrup, 51.
Portu (Portuqaliya) - Arsenal 2:1
Qollar: Varela, 11. Falkao, 51 -