ÇL:Daha 5 klub növbəti mərhələdə

single-news
24 Noy 2011

ÇL:Daha 5 klub növbəti mərhələdə



Çempionlar Liqasının V turu arxada qalıb. Baş tutan 16 görüş sonrası `İnter`, `Arsenal`, `Benfika`, `Apoel`,` Bavariya` növbəti mərhələyə vəsiqə qazanıb.
E qrupunda `Valensiya`öz meydanında Belçika `Genk`ini qəbul edib. Növbəti mərhələyə çıxmaq şansını saxlayan `yarasalar`bu görüşdə qələbə qazanmalı idi ki, bunu da artıqlaması ilə ediblər - 7:0. Qrupun digər qarşılaşmasında isə qrup lideri `Çelsi`səfərdə `Bayer`(Leverkuzen) klubunun qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub.
 
F qrupunun lideri `Arsenal`isə doğma azarkeşləri önündə `Borussiya`(Dortmund) klubu ilə qarşılaşıb. Liderliyini qorumaq istəyən `topçular`ın bu görüşdə də qələbə qazanmaqla ilk pillədəki yerini təmin edib - 2:1. Qrupun digər oyununda isə `Marsel`öz meydanında Yunanıstan `Olimpiakos`una 0:1 hesabı ilə məğlub olub.
G qrupunun ən maraq doğuran oyunu isə Peterburqda baş tutub. Burada `Zenit`ÇL-in sürpriz komandası olan Kiprin APOEL klubunu qəbul edib. Lakin tərəflərin səylrəinə baxmayaraq oyunda hesab açılmayıb - 0:0. APOEL səfərdə 1 xal qazanmaqla1/8 finala vəsiqə qazanıb. Qrupun digər matçında `Şaxtyor`doğma meydanda `Porto`ya 0:2 hesabı ilə uduzub.
Turun ən maraqla gözlənilən oyunu isə  H qrupunda baş tutub. Burada `Milan`klubu öz meydanında `Barselona`nı qəbul edib. İlk görüşdə 2:2-lik heç-heçənin qeydə alınması bu oyuna marağı daha da artırırdı. Milanda keçirilən oyunda isə `Barselona` daha güclü olub. Günün digər matçında isə BATE doğma azarkeşləri önündə son Çexiya çempionu `Viktoriya`(Plzen) klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
A qrupunda `Napoli` öz meydanında `Mançester Siti`ni qəbul edib. Növbəti mərhələyə çıxmaq şansını saxlamaq üçün İtaliya təmsilçisi bu görüşdə qələbə qazanmalı idi ki, bunu da bacarıb - 2:1. Qrupun digər qarşılaşmasında isə qrup lideri `Bavariya` autsayder `Vilyareal`ı 3:1 hesabı ilə məğlub edib.
 
Azərbaycan futbolsevərlərinin diqqəti B qrupunda baş tutacaq oyunlara yönəlib. Burada `Trabzonspor` klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi `İnter`lə üz-üzə gəlib. Lakin səfərdəki oyundan fərqli olaraq bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Digər oyunda isə CSKA (Moskva) doğma azarkeşləri önündə `Lill`ə 0:2 hesabı ilə uduzub.
C qrupunun ən maraq doğuran oyunu isə `Mançester Yunayted` və `Benfika`  komandaları arasında baş tutub. Eyni xala malik olan komandaların mübarizəsində heç-heçə qeydə alınıb - 2:2. Qrupun digər matçında Rumıniyanın `Otselul` (Qalats) klubu İsveçrə `Bazel`inə 2:3 hesabı ilə məğlub olub.
D qrupunda isə qrup ikinciliyi uğrunda gərgin mübarizə gedir. Fransada üz-üzə gələcək `Lion` və `Ayaks` klublarının dueli də böyük maraq doğursa da, oyunda hesab açılmayıb - 0:0. Madridin `Real` klubu isə bu turda `Dinamo` (Zaqreb) komandası ilə qarşılaşıb və rəqibinə futbol dərsi keçib - 6:2.


23 noyabr
Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları


E qrupu
23:45. `Valensiya`(İspaniya) – `Genk`(Belçika) - 7:0
Qollar: Jonas, 10 (1:0), Soldado, 13 (2:0), 36 (3:0), 40 (4:0), Hernandez, 68 (5:0), Aduriz, 70 (6:0), Kosta, 81 (7:0)

23:45. `Bayer`(Leverkuzen, Almaniya) – `Çelsi`(İngiltərə) - 2:1 Qollar: Droqba, 49 (0:1), Eren Derdiyok , 73 (1:1), Friedrix, 90 (2:1)
 
S Komandalar O Q H M Xal
1. `Bayer`(Leverkuzen) 5 3 0 2 9
2. `Çelsi` 5 2 2 1 8
3. `Valensiya` 5 2 2 1 8
4. `Genk` 5 0 2 3 2

F qrupu
23:45. `Arsenal`(İngiltərə) – `Borussiya`(Dortmund, Almaniya) - 2:1
Qollar: Van Persi, 49, 86 (2:0), Kaqava 90+1, (2:1)

23:45. `Marsel`(Fransa) – `Olimpiakos`(Yunanıstan) - 0:1
Qol: Fetfatzidis, 82 (0:1)
 
S Komandalar O Q H M Xal
1. `Arsenal` 5 3 2 0 11
2. `Marsel` 5 2 1 2 7
3. `Olimpiakos` 5 2 0 3 6
4. `Borussiya`(Dortmund) 5 1 1 3 4

 

G qrupu
21:00. `Zenit`(Peterburq, Rusiya) – APOEL (Kipr) - 0:0

23:45. `Şaxtyor`(Ukrayna) – `Porto`(Portuqaliya) - 0:2
Qollar: Hulk, 80 (0:1), Rodriqez, 90 (0:2)
 
S Komandalar O Q H M Xal
1. APOEL 5 2 3 0 9
2. `Zenit`(Peterburq) 5 2 2 1 8
3. `Porto` 5 2 1 2 7
4. `Şaxtyor`(Donetsk) 5 0 2 3 2

 

H qrupu
22:00. BATE (Belarus) – `Viktoriya`(Çexiya) - 0:1
Qol: Bakoş, 42 (0:1)

23:45. `Milan`(İtaliya) – `Barselona`(İspaniya) - 2:3
Qollar: Van Bommel, 14-avtoqol (0:1), İbrahimoviç, 20 (1:1), Messi, 31-pen (1:2), Boatenq, 54 (2:2), Xavi, 63 (2:3)
 
S Komandalar O Q H M Xal
1. `Barselona` 5 4 1 0 13
2. `Milan` 5 2 2 1 8
3. `Viktoriya` (Plzen) 5 1 1 3 4
4. BATE (Borisov) 5 0 2 3 2


A qrupu
23:45. `Napoli` (İtaliya) – `Mançester Siti` (İngiltərə) - 2:1
Qollar: Kavani, 17 (1:0), Balotelli, 33 (1:1), 49 (2:1)

23:45. `Bavariya` (Almaniya) – `Vilyareal` (İspaniya) - 3:1
Qollar: Roben, 3 (1:0), Qomez, 24 (2:0), Quzman, 50 (2:1), Riberi, 69 (3:1) 


S Komandalar O Q H M Xal
1.  `Bavariya` 5 4 1 0 13
2.  `Napoli` 5 2 2 1 8
3. `Mançester Siti` 5 2 1 2 5
4. `Vilyareal` 5 0 0 5 0

 

B qrupu
21:00. CSKA (Moskva, Rusiya) – `Lill` (Fransa) - 0:2
Qollar: Berezutski, 49-avtoqol (0:1), Sou, 64 (0:2)

23:45. `Trabzonspor` (Türkiyə) – `İnter` (İtaliya) - 1:1
Qollar: Alvarez, 18 (0:1), Altıntop, 23 (1:1)
 
S Komandalar O Q H M Xal
1.  `İnter` 5 3 1 1 10
2. `Trabzonspor` 5 1 3 1 6
3. `Lill` 5 1 2 2 5
4.  CSKA (Moskva) 5 1 2 2 5

 

C qrupu
23:45. `Mançester Yunayted` (İngiltərə) – `Benfika` (Portuqaliya) - 2:2
Qollar: Cons, 3-avtoqol (0:1), Berbatov, 30 (1:1), Fletçer, 59 (2:1), Aymar, 61 (2:2)

23:45. `Otselul` (Qalats, Rumıniya) – `Bazel` (İsveçrə) - 2:3
Qollar: F.Fray, 10 (0:1),  A.Fray, 14 (0:2), Streller, 37 (0:3), Giurgiu, 75 (1:3), Antal, 81 (2:3)


S Komandalar O Q H M Xal
1. `Benfika` 5 2 3 0 9
2. `Mançester Yunayted` 5 2 3 0 9
3. `Bazel` 5 2 2 1 8
4. `Otselul` (Qalats) 5 0 0 5 0

 

D qrupu
23:45. `Lion` (Fransa) – `Ayaks` (Hollandiya) - 0:0 (İkinci hissə)

23:45. `Real` (Madrid, İspaniya) – `Dinamo` (Zaqreb, Xorvatiya) - 6:2
Qollar: Benzema, 2 (1:0), 66 (6:0), Kallehon, 6 (2:0), 49 (5:0), İquauin, 9 (3:0), Özil, 20 (4:0), Beçiray, 81 (6:1), Tomeşak, 90 (6:2)
 
S Komandalar O Q H M Xal
1. `Real` (Madrid) 5 5 0 0 15
2. `Ayaks` 5 2 2 1 8
3. `Lion` 5 1 2 2 5
4. `Dinamo` (Zaqreb) 5 0 0 5 0

 

Paylaş

// pop up