ÇL:İlk oyundan sonra `Real` və `Şalke` yarımfinala
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5301.jpg)
ÇL:İlk oyundan sonra `Real` və `Şalke` yarımfinala
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Çempionlar Liqasının son qalibi `İnter` `Şalke 04`ü qəbul edib. İtaliya klubu matçın favoriti olsa da, almanlar Milandakı qarşılaşmada meydan sahiblərinə divan tutub - 5:2.
Hesabı 1-ci dəqiqədə `İnter`in futbolçusu Deyan Stankoviç açıb. 17-ci dəqiqədə Joel Matip tarazlığı bərpa edib. 34-cü dəqiqədə Dieqo Milito `İnter`i yenidən hesabda önə keçirsə də, cəmi üç dəqiqə sonra Edu bərabərlik yaradan qola imza atıb. 53-cü dəqiqədə Raul `Şalke 04`ü hesabda önə keçirib. 4 dəqiqə sonra Andrea Ranokkia topu öz qapısına göndərərək, italyanları məyus edib. 62-ci dəqiqədə Kristian Kivu ikinci sarı vərəqə alaraq, komandasını azlıqda qoyub. 75-ci dəqiqədə isə dublubunu rəsmiləşdirən Edu matçın 7-ci qoluna imza atıb.
`Real` Madriddə `Tottenhem`i qəbul edib. Hesabı 4-cü dəqiqədə Emmanuel Adebayor açıb. 15-ci dəqiqədə Peter Krouç ikinci sarı vərəqəni alaraq `Tottenhem`i azlıqda qoyub. 57-ci dəqiqədə Adebayor dublunu rəsmiləşdirib. 72-ci dəqiqədə isə Angel Di Maria darmadağını rəsmiləşdirib. Matçın yekun nəticəsini isə 87-ci dəqiqədə Kriştiano Ronaldo müəyyənləşdirib - 4:0.
Hər iki oyunda qol və vərəqələrin sayı yetərincə olub. Ümumilikdə 11 qolun vurulduğu gecədə, 1 avtoqol qeydə alınıb, hakimlər 2 dəfə qırmızı, 13 qırmızı vərəqədən istifadə edib.
Sabah daha iki oyun keçiriləcək. İngiltərə derbisində `Çelsi` və `Mançester Yunayted` üz-üzə gələcək. `Barselona` isə Ukrayna `Şaxtyor`unu sınağa çəkəcək.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
Real (İspaniya) - Tottenhem (İngiltərə) 4:0
Qollar: Emmanuel Adebayor, 4; 57. Angel Di Maria, 72. Kriştiano Ronaldo, 87.
Qırmızı vərəqə: Peter Krouç, 15 (Tottenhem).
İnter (İtaliya)- Şalke 04 (Almaniya) 2:5
Qollar: Deyan Stankoviç, 1. Dieqo Milito, 34 - Joel Matip, 17. Edu, 40; 75. Raul, 53. Andrea Ranocçia, 57 (avtoqol).
Qırmızı vərəqə: Kristian Kivu, 62.