ÇL:`Real` və `Barsa` eyni başladılar
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5695.jpg)
ÇL:`Real` və `Barsa` eyni başladılar
Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib.
ÇL-in son qalibi `Çelsi` öz meydanında `Yuventus`u qəbul edib və qələbəni əldən verib - 2:2. Qrupun digər matçında `Şaxtyor` (Donetsk, Ukrayna) klubu Danimarkanın `Nordsyaelland` komandası ilə qarşılaşıb və inamlı qələbə qazanıb - 2:0.
F qrupunda Almaniyanın köklü klublarından `Bavariya` doğma azarkeşləri önündə `Valensiya` ilə üz-üzə gəlib. Görüş 2:1 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb. Digər oyunda isə Belarusun BATE klubu Fransada `Lill`in qonağı olub və 3:1 hesablı qələbəyə sevinib.
G qrupunda `Barselona` evdə `Fənərbaxça`nı ÇL-dən kənarda qoyan `Spartak` (Moskva, Rusiya) klubu sınağa çəkib və əzmkar oyunla 3 xal əldə edib - 3:2. Qrupun digər görüşündə `Seltik` (Şotlandiya) və `Benfika` (Portuqaliya) klubları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesab açılmayıb - 0:0.
H Portuqaliyanın `Braqa` klubu doğma meydanda Rumıniyanın `ÇFR Kluj` komandasını qəbul edib. Qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb. Qrupun böyük maraq kəsb edən oyununda son Türkiyə çempionu `Qalatasaray` klubu İngiltərədə `Mançester Yunayted`in qonağı olub və 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qrup mərhələsinin bütün görüşləri bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayıb.
19 sentyabr
E qrupu
23:45. `Çelsi` (İngiltərə) - `Yuventus` (İtaliya) - 2:2
Qollar: Oskar, 31 (1:0), 33 (2:0), Vidal, 38 (2:1), Quagliarella, 81 (2:2)
23:45. `Şaxtyor` (Donetsk, Ukrayna) - `Nordsyaelland` (Danimarka) - 2:0
Qollar: Mkitaryan, 44 (1:0), 76 (2:0)
F qrupu
23:45. `Bavariya` (Almaniya) - `Valensiya` (İspaniya) - 2:1
Qollar: Şvaynştayger, 38 (1:0), Kroos, 76 (2:0), Valdez, 90 (2:1)
23:45. `Lill` (Fransa) - BATE (Belarus) - 1:3
Qollar: Volodko, 6 (0:1), Rodionov, 20 (0:2), Oleknoviç, 43 (0:3), Çedjou, 60 (1:3)
G qrupu
23:45. `Barselona` (İspaniya) - `Spartak` (Moskva, Rusiya) - 3:2
Qollar: Tello, 14 (1:0), Alveş, 29-avtoqol (1:1), Romulo, 58 (1:2), Messi, 72 (2:2), 80 (3:2)
23:45. `Seltik` (Şotlandiya) - `Benfika` (Portuqaliya) - 0:0
H qrupu
23:45. `Braqa` (Portuqaliya) - `ÇFR Kluj` (Rumıniya) - 0:2
Qollar: Bastos, 19 (0:1), 34 (0:2)
23:45. `Mançester Yunayted` (İngiltərə) - `Qalatasaray` (Türkiyə) - 1:0
Qol: M.Kərik, 7 (1:0)
18 sentyabr
A qrupu
23:45. `Dinamo` (Zaqreb, Xorvatiya) - `Porto` (Portuqaliya) - 0:2
Qollar: Qonzales, 41 (0:1), Defour, 90 (0:2)
23:45. PSJ (Fransa) - `Dinamo` (Kiyev, Ukrayna) - 4:1
Qollar: İbrahimoviç, 19-pen (1:0), Silva, 30 (2:0), Aleks, 32 (3:0), Veloso, 87 (3:1), Pastore, 90 (4:1)
B qrupu
23:45. `Monpelye` (Fransa) - `Arsenal` (İngiltərə) - 1:2
Qollar: Berhanda, 9-pen (1:0), Podolski, 16 (1:1), Cervinyo, 18 (1:2)
23:45. `Olimpiakos` (Yunanıstan) - `Şalke` (Almaniya) - 1:2
Qollar: Hövedes, 41 (0:1), Abdoun, 58 (1:1), Huntelar, 59 (1:2)
C qrupu
23:45. `Milan` (İtaliya) - `Anderlext` (Belçika) - 0:0
23:45. `Malaqa` (İspaniya) - `Zenit` (Peterburq, Rusiya) - 3:0
Qollar: İsko, 3 (1:0), 76 (3:0), Saviola, 13 (2:0)
D qrupu
23:45. `Borussiya` (Dortmund, Almaniya) - `Ayaks` (Hollandiya) - 1:0
Qol: Levandovski, 87 (1:0)
23:45. `Real` (Madrid, İspaniya) - `Mançester Siti` (İngiltərə) - 3:2
Qollar: Ceko, 69 (0:1), Marselo, 76 (1:1), Kolarov, 85 (1:2), Benzema, 86 (2:2), Ronaldo, 90+1 (3:2)