Corcoliani: "Sereteli 99 faiz "Qarabağ"ın oyunçusudu" (futbol+, 12.01.2006)

single-news
12 Yan 2006

Corcoliani: "Sereteli 99 faiz "Qarabağ"ın oyunçusudu" (futbol+, 12.01.2006)



Dinamo"nun prezidenti Saşa Yunisoğlunu komandasına aparmaq istəyir Ötən sayımızda Suxumi "Dinamo"sunun müdafiəçisi Mamuka Seretelinin "Qarabağ"ın maraq dairəsinə düşdüyünü xəbər vermişdik. Ağdamlıların baş direktoru Əmrah Çəlikəl xəbəri təkzib etsə də, dünənki cəhdlərimiz məsələyə aydınlıq gətirdi. Daha dəqiq desək, "Dinamo"nun prezidenti Zaza Corcolianiylə söhbətdə başqa maraqlı məqamlar da ortaya çıxdı. - Bakıda komandanızın üzvü Seretelinin "Qarabağ"a keçəcəyi haqda söz-söhbət gəzir... - Bunu mən də təsdiqləyə bilərəm. Elə indi də Mamukanın evində söhbət edirik. Məsələni yoluna qoymaq üçün bütün mümkün vasitələri araşdırırıq. Bizə bu işdə Yunis Məmmədov köməklik göstərir. Ümumiyyətlə, belə razılaşmışıq ki, bir-birimizə transfer məsələlərində yardımçı olaq. Ümumiyyətlə, Sereteli Gürcüstandan Azərbaycana gedəcək yeganə oyunçu deyil. - O birilər kimlərdi? - Mən yalnız öz komandamın adından danışa bilərəm. Valter Qoqua 4 gün əvvəl Bakıya yollanıb. Şota Çomaxidzeni isə 2 gün əvvəl yola salmışıq. Valeri Qoqua da getməlidi. Özü də adıçəkilənlər Seretelidən fərqli, başqa komandalarda görünə bilər. - Seretelini "Qarabağ"ın oyunçusu saya bilərik?...

Paylaş

// pop up