Coşqun Diniyevlə yollar ayrıldı

single-news
13 Yan 2019

Coşqun Diniyevlə yollar ayrıldı



Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qarabağ"ımızda bir futbolçuyla yollar ayrılıb. Belə ki, yarımmüdafiəçimiz Coşqun Diniyev "Sabah"ın düşərgəsinə qoşulacaq. 

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaqdı.

2015-ci ildən komandamızda çıxış edən Diniyev 112 matça çıxıb və 5 qolla yadda qalıb.

Klubumuz Coşqun Diniyevə yeni komandasında uğurlar arzulayır.

Paylaş