ÇOX MARAQLIDIR...

single-news
10 İyn 2008

ÇOX MARAQLIDIR...



XVI Azərbaycan milli çempionatının başa çatmasından artıq 10 gündən çox vaxt keçib. Elita klubları istirahətdə olsalar da onların göstərdikləri nəticə hələ də müzakirə olunmaqdadır. Ötən xəbərlərimizdə “Qarabağ” komandasının fərqli səpgidə statistik göstəriciləri haqqında məlumat vermişdik. İndi isə növbəti maraqlı faktı nəzərinizə çatdırırıq.

“Qarabağ” mövsüm ərzində qol vurubsa məğlub olmayıb. Çox maraqlı göstəricidir. Eyni zamanda kobok matçlarında da analoji hal yaşanıb. Belə çıxır ki, əgər “Qarabağ” furbolçuları məğlub olmaması üçün mütləq qol sevinci yaşamalıdır. Təsəvvür edin ki, bu ənənə mövsüm boyu özünü göstərib. Komandamız mövsüm ərzində 7 dəfə məğlub olub. Və 7 yenilgini 6-sı 1:0,  1-i isə 2:0-la nəticələnib. Uğur qıfılı sadədir: qol vur, məğlub olma.

Bu ilginc nəticə statistikayla bağlı “Qarabağ”ın fiziki hazırlıq üzrə koordinatoru Mehmet Akın fikirlərini öyrəndik:"Həqiqətən də maraqlı faktdır. Hələ belə şeylə qarşılaşmamışam. Səbəbini açmaqda bir az çətinlik çəkirəm. Bu o deməkdir ki, komanda qol vurursa, demək əla müdafiə olunur ki, məğlub olmur. Hər halda komandamız ən az qol buraxan ikinci komandadır".

Paylaş

// pop up