“Çox vacib üç xal əldə etdik”

single-news
21 Dek 2025

“Çox vacib üç xal əldə etdik”



Misli Premyer Liqasının XVI turunun “Qəbələ” - “Qarabağ” (1:2) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə etdik. İlin sonu idi, futbolçularda yorğunluq, gərginlik, mikrozədələr var. Bu üzdən narahat idim, ehtiyat edirdim. Zədələrsiz başa vurduq. Oyundan çox futbolçuları düşünürdüm. Hər şey qaydasında oldu. Üç xal da yerinə düşdü. “Qəbələ”yə uğurlar arzulayıram, bütün oyunlarda yaxşı mübarizə aparırlar. Hesablarında indi olan xala deyil, daha artığına layiqdirlər. Bu soyuq havada stadionda olan azarkeşlərə təşəkkür edirəm”.

 

Baş məşqçi bitməkdə olan 2025-ci ili də dəyərləndirib: “Çox yaxşı alındı. Narazılıqlar da, uğurlar da oldu. Kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiyini gördüm. Elə mövqedəyik ki, hamı bizdən razı qalmalıdır.  Sıx, gərgin mövsüm keçdi. Çempionlar Liqasının çəkisi daha yuxarıdır. Avropa Liqası ilə müqayisə etsək, həm gərginlik, həm məsuliyyət yuxarıdır, daha çox güc sərf edirsən. Futbolçular bu təzyiqə dözüblər. Oyunçularımdan çox razı qaldım”.

Paylaş

// pop up