Çoxu Rəşad dedi. Sorğu

single-news
30 May 2011

Çoxu Rəşad dedi. Sorğu



`Qarabağ`ımızın rəsmi saytı mütəmadi olaraq izləyiciləri arasında fərqli sorğular keçirir. Saytımızın son sorğusu `Qarabağ`ımızın qış transferləriylə bağlı idi. Qış fasiləsinə 5-ci pillədə yollanan komandamız qışda 4 transferlə sıralarımızı genişləndirmişdi. Qışdan sonra baş tutan 15 görüşdə komandamız sürət yığaraq sonda mövsümü 3-cü sırada tamamladı. Sorğumuzda isə 4 transferlərə bağlı izləyicilərimizin münasibəti sorulmuşdu. Əslində, sorğu futbolçulardan gözlənilənlərlə bağlı olsa da, sorğunun müddətini uzatmaqla eyni zamanda yeni transferlərimizin qymətləndirilməsinə şərait yaratdıq.
Sorğuda mindən çox səsverənin yarısından çoxu Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun geri dönüşündən razı qalıb. 29 yaşlı müdafiəçimiz 762 səs və ya 59,5 faizlə sorğuda seçilən olub. 2-ci pillədə isə qapıda inamlı oyunu ilə xoş təsir bağışlayan Bojan Pavloviç olub. 22,2 faiz səs toplayan serbi daha bir legioner Nderim Nedzipi izləyir. Orta xətt oyunuçusundan sonra sə İlqar Qurbanov qərarlaşıb.
Sorğunun nəticələri
Bojan Pavloviç
  285 səs (22.2%)
Rəşad Sadıqov
   762 səs (59.5%)
İlqar Qurbanov
   97 səs (7.57%)
Nderim Nedzipi
 136 səs (10.6%)

Yeni sorğumuz isə Avrokuboklarla bağlıdı. Düz 1 ay sonra `Qarabağ`ımız ardıcıl 3-cü dəfə Avroliqada iştirak edəcək. Görəsən, bu dəfə nə olacaq? Geridə buraxdığımız 2 ildə azarkeşləri xoş çıxışıyla sevindirən `Qarabağ`ımızın 3-cü cəhdiylə bağlı izləyicilərimiz sorğuya qatılaraq səs verə bilərlər.
 


 

Paylaş

// pop up