Daha bir futbolçumuz U-21-də

7 Okt 2024
Daha bir futbolçumuz U-21-də
Klubumuzun daha bir futbolçusu Azərbaycanın U-21 millisinə çağırılıb. Nəriman Axundzadədən sonra Musa Qurbanlı da 21 yaşadək futbolçulardan ibarət yığmanın bu gün Bakıda başlayacaq təlim-məşq toplanışına qatılacaq.
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belfastda Şimali İrlandiya, 15-də isə Bristolda İngiltərə yığması ilə qarşılaşacaq.