DAHA BİR HAZIRLIQ MATÇI. . .
DAHA BİR HAZIRLIQ MATÇI. . .
“Qarabağ” Futbol Klubu milli çempionatda yaranmış uzun meddətli fasilə dönəmində ikinci hazırlıq görüşünü keçirdi. “Neftçi-2”-ylə Suraxanı stadionunda baş tutan görüşə komandamız bu heyətlə çıxmışdı:
C. Həsənzadə, S. Abbasov, N. Məmmədov, M. Medvedev, T. İsrafilov, A. Kərimov, N. Yusifov, B. İliç, Q. Bereya, H. Demir, K. Kərimov .
Matçın hazırılıq xarakteri daşdığından baş məşqçimiz Rasim Karanın daha çox taktiki varianları sınaqdan keçirəcəyi məlum idi. Elə görüşün başında aramsız hücumlara keçən klubumuz bir neçə cəhddən sonra hesabı açdı. Matçın 4-cü dəqiqəsində Kənan Kərimov standart vəziyyətdən sonra topu qapıdan keçirdi. Bundan sonra da hüçumlarına ara verməyən komandamız ilk hissənin ortalarına yaxın oyunun meydanın mərkəzinə yayılmasına imkan verdi.
İkinci yarıya hissə komandamız başqa heyətlə çıxmışdı. Bu dəfə A. Səlimov, H. İsgəndərov, M. Əliyev, F. Haqverdiyev, R. Əliyev, T. Novruzov, R. Qafarlı, Ş. Xasaylı meydana çıxaraq özlərini göstərməyə çalışdılar. Bir epizodda Tagimə dəqiqlik çatmadısa, Raufun qüvvətli zərbəsini qolkiper çətinliklə qarşısını ala bildi. Üstəlik , gənclər rəqibi qapısına doğru sıxsada, fərqlənən rəqib oldu.
Görüşün bitiminə 2 dəqiqə qalmış İzzət İsmayılov hesab arasındakı fərqi bərabərləşdirdi.