Daha bir istedad `Qarabağ`da
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5633.jpg)
27 İyn 2012
Daha bir istedad `Qarabağ`da
`Qarabağ`ımız mövsümlərarası fasilədə daha bir transferi reallaşdırıb. Almaniya bundesliqasından Miro Varvodiçi, ölkəmizin gənc istedadlarından sayılan Elnur Abdulovu sıralarına qatan komandamız, daha bir gələcək vəd edən futbolçuyla heyətini genişləndirib. Belə ki, `Qarabağ`ımız Azərbaycan millisinin də şərəfini qoruyan Hacı Əhmədovla 2 illik müqavilə imzalayıb. 1993-cü il təvəllüdlü futbolçu artıq komandamızla məşqlərə də çıxır. Hacı saytımıza verdiyi açıqlamada hədəflərindən danışdı:`Qarabağ` daim gənclərə, yerlilərə üstünlük verən komanda kimi tanınır. `Qarabağ`dan təklif gələn kimi düşünmədən qəbul etdim. Qurban Qurbanovla işləmək mənim üçün əla bir şansdır. Bilirəm ki, işim heç də asan olmayacaq. Əsas heyət uğrunda mübarizə böyükdür. Amma öz üzərimdə işləməyə davam edəcəm. Əsas məqsədim komandama faydalı olmaq və milli komandada möhkəmlənməkdir. `